Melis Sezen "Sadakatsiz"dən ayrılır?

Melis Sezen "Sadakatsiz"dən ayrılır?

Qısa müddətdə böyük tamaşaçı auditoriyası toplayan "Sadakatsiz" serialında aktyor ayrılığı yaşanacağı deyilir.

YAZTV xəbər verir ki, Derin obrazına həyat verən aktrisa Melis Sezenin layihəni tərk edəcəyi haqqında şayiələr yayılıb.

"Sadakatsiz" serialı "Doctor Foster" adlı ekran işinin prototipidir. Həmin serialda Derin kimi ailə dağıdan qadın obrazını canlandıran Keyt qısa müddət ərzində ölərək serialdan ayrılır.

Ekran işinin ssenarisinin eyni olması bu xəbərlərin yayılmasına səbəb olub.

YAZTV (axşam az)