Mətanət verilişinə gələn məşhurlara xəbərdarlıq etdi

Mətanət verilişinə gələn məşhurlara xəbərdarlıq etdi

Aparıcı Mətanət Əliverdiyeva "MTV Azərbaycan"  kanalındakı yeni "6/8 axşam şousu"na çağıracağı müğənnilərə xəbərdarlıq edib.

YAZTV xəbər verir ki, aparıcı "10-da görüşək" proqramında hər kəsdən fərqli şou təqdim edəcəyini söyləyib:

"İndidən deyirəm, verilişimə gələnlər kostyum geyinib, qalstuk taxmayın. Bəzən deyirlər, filan qonağı çağıraq şou göstərsin. Qonaq şou göstərməməlidir. Şounu aparıcı başlayır, qonaq davam etdirir. Həyatımız elə şoudur, sıxılmayaq.

Ayaqüstə dayanıb, qulağıma nələrinsə diktə edildiyi aparıcılardan deyiləm. Yetəri qədər söz bazam var. Dünyadan xəbərdaram. Kimin qabında nədirsə, odur. Demirəm, hər şeyi bilirəm. Amma bilmədiyimi oturub araşdırıram".

Mətanət çalışdığı kanalları tez-tez dəyişməsi məsələsinə belə reaksiya verib:

"Deyirlər, kanalları niyə tez-tez dəyişirsən? Deyirəm, qırlıya-qırlıya gedirəm. Nə olacaq? Mənim üçün əvvəl çalışdığım məkanlar arasında fərq yoxdur. İnsana hara xoşdursa, orada dayanır". (axşam az)