Azərbaycan və Türkiyə Gəncə şəhəri üzərində birgə uçuşlar keçirir

Azərbaycan və Türkiyə  Gəncə şəhəri üzərində birgə uçuşlar keçirir

Nazirlikdən YAZTV-ə verilən məlumata görə, Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşlarını keçirir.
Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.

Gəncə sakinləri Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının uçuşlarını böyük qürur və sevinclə izləyirlər.