Azad edilən ərazilərdə daha 15 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 15 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan  verilən məlumata görə, yanvarın 10-dan 15-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 14, tank əleyhinə 1 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 51,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.