Qubada kişi səhvən atasını vurub öldürdü

Qubada kişi səhvən atasını vurub öldürdü

Qubada bədbəxt hadisə nəticəsində oğul atasını öldürüb.

YAZTV xəbər verir ki, bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi “Ford” markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası, 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

 Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo az)