Yevlaxda 4 otaqlı ev yanıb

Yevlaxda 4 otaqlı ev yanıb

Yevlax rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, rayonun Kövər kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.