Bakıda mənzildə kişi meyiti tapıldı

Bakıda mənzildə kişi meyiti tapıldı

Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə YAZTV-yə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Davudov Həmid İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.