Bərdədə “patı” və heroin alverçiləri saxlanıldı

Bərdədə “patı” və heroin alverçiləri saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rauf Qaraşov və Həsən Ravəndi saxlanılıb. Onların üzərində aparılan şəxsi axtarış zaman satış məqsədi ilə qablaşdırdıqları “patı” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.