Goranboyda qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb

Goranboyda qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb

Goranboyda qəbiristanlıqdan oğurluq edilib.

Bu barədə YAZTV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirminlar kənd qəbiristanlığındakı qəbirlərdən birinin ətrafına çəkilmiş dəmir məhəccəri oğurlamaqda şübhəli bilinən Qarasuçu kənd sakini, əvvəllər məhkum olunmuş K.Həsənov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmkəndlisi A.Bayramovla birgə müxtəlif vaxtlarda daha 6 qəbirin ətrafına çəkilmiş dəmir məhəccərləri oğurlaması da müəyyən edilib.

Əməliyyat tədbirləri ilə A.Bayramov da polis əməkdaşları tərəfindən saxlanılıb.