Goranboyda ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var
Sənübər Qocayeva

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
YAZTV-nin məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.
Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.