Bakıda avtomobildən 11 min manat oğurlandı
Sənübər Qocayeva
.jpg)
Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.
YAZTV xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Lökbatan qəsəbəsinin ərazisində “Ford” markalı avtomobildən 11000 manat pul oğurlamaqda şübhəli bilinən Samux rayon sakini M.Seyidov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirlir. (publika az)