Bakıda sərxoş kişi özünü dənizə atdı

Bakıda sərxoş kişi özünü dənizə atdı

Bakıda sərxoş kişi özünü dənizə atıb.

 Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.