Azərbaycanda daha bir general təqaüdə göndərilib

Azərbaycanda daha bir general təqaüdə göndərilib

Azərbaycanda daha bir general təqaüdə göndərilib.

YAZTV-nin məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.

Xatırladaq ki, ilk xəbəri Oxu.az saytı yayıb.