Azərbaycan Ordusunun əsgəri vəfat edib
Sənübər Qocayeva

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Müdafiə Nazirliyindən YAZTV-yə sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.