Ağcabədidə avtomobil yeniyetmə qızı vurub

Ağcabədidə avtomobil yeniyetmə qızı vurub

Ağcabədidə 13 yaşlı yeniyetməni avtomobil vurub.

YAZTV-nin məlumatına görə, 2009-cu il təvəllüdlü Firəngiz Quliyeva yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına aparılıb, daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .