“Respublikanski”də faciəvi hadisə - 33 yaşlı kişi əməliyyat vaxtı öldü

“Respublikanski”də faciəvi hadisə - 33 yaşlı kişi əməliyyat vaxtı öldü

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.

YAZTV-nin əldə etdiyi məlumata görə, paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.

Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.