Varşavada itkin düşən azərbaycanlının göldən meyiti tapıldı
Yeni Azərbaycan TV

Polşanın paytaxtı Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun göldən meyiti tapılıb.
Yaztv.az xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli feysbukda etdiyi paylaşımında bildirib:
“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.
Qeyd edək ki, Y.Həsənov itkin kimi axtarılırmış.