Nərimanov rayonunda intihar hadisəsi baş verib

Nərimanov rayonunda intihar hadisəsi baş verib

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın paytaxtın Nərimanov rayonunda hündürmərtəbəli binadan özünü ataraq intihar etməsi barədə məlumatlar yayılmışdır.


Baş Prokurorluğun Mətbuat xidmətindən YAZTV-ə bildirib ki, sentyabrın 16-da saat 15 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbə sakini Naidə İsayevanın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olmuşdur.


Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilmiş, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir