Bakıda daş hasar uçdu: Xəsarət alanlar var

Bakıda daş hasar uçdu: Xəsarət alanlar var

Bakının Xəzər rayonunda bədbəxt hadisə zamanı iki nəfər xəsarət alıb.

Hadisə Mərdəkan qəsəbəsində baş verib.

Baba Əliyev küçəsi 15 ünvanında daş hasar uçub. Uçqun zamanı 1994-cü il təvəllüdlü Mikayılov Niyaz Əlövsət oğlu və İsmayılov Tofiq Süliddin oğlu daş hasarın altında qalıb.

Ağır xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır. (APA)