Dayə səkkiz aylıq körpəni zibil qutusuna atdı

Dayə səkkiz aylıq körpəni zibil qutusuna atdı

ABŞ-ın Konnektikut ştatında dayə səkkiz aylıq körpəni zibil qutusuna atıb.

Buna səbəb qadının uşağın anası ilə mübahisə etməsi olub.

Körpənin anası dayə işləyən 24 yaşlı Adriana Velesə yanacaqdoldurma məntəqəsində hücum edib. Bundan sonra isə Veles körpəni zibil qutusuna ataraq, anasını cəzalandırmaq istəyib.

Uşağı zibil qutusundan tikintidə işləyən şəxslər aşkarlayıblar. Hazırda azyaşlı həkim nəzarətindədir. (Oxu.az)