Xətai rayonunda yaşayış binasında yanğın zamanı beş sakin təhlükəsiz əraziyə təxliyə olunub

Xətai rayonunda yaşayış binasında yanğın zamanı beş sakin təhlükəsiz əraziyə təxliyə olunub

Bakı şəhərinin Xətai rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YAZTV-ə bildiriblər ki, rayonda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları səkkiz kvadratmetr sahədə və elektrik lövhəsində naqillər üç paqonmetr qismən yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən beş nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.