Binəqədidə yol qəzası olub, xəsarət alan var
2021-02-22 12:00:00

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YAZTV-nin məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1969-cu il təvəllüdlü Qurbanov Əfqan Əli oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və sol ayağının sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
YAZTV (report az)