Yevlaxda ev yandı, xəsarət alan var
2021-02-23 10:30:00

Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.
YAZTV-e Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Bəydili kəndində qeydə alınıb.
Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.