Gəncədə vətənpərvərlik aksiyası keçirilib - FOTOLAR

Gəncədə vətənpərvərlik aksiyası keçirilib - FOTOLAR

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə ordumuza dəstək məqsədilə vətənpərvərlik aksiyası keçirilib.

YAZTV xəbər verir ki, Gənclərin və Könüllülərin iştirakı ilə keçirilən aksiyada  "işğal olunmuş ərazilərimizə az qaldı... " Ordumuz bizim qürurumuzdur! , Ali Baş Komandanın sizinləyik! Qarabağ Azərbaycandır! Qarabağ bizimdir, bizim olacaq! kimi şüarlar səsləndirilib.

Ordumuza dəstək aksiyasında şəhər sakinləri tərəfindən rəğbətlə qarşılanmış və avtomobillərdən siqnal verilərək öz dəstəklərini nümayiş etdiriblər.