İsmayıllıda yaralı hərbiçilərimiz ziyarət olunub

İsmayıllıda yaralı hərbiçilərimiz ziyarət olunub

İsmayıllı RİH-nin təşəbbüsü ilə Vətən müharibəsində yaralanmış hərbiçilər evlərində ziyarət olunub.

YAZTV xəbər verir ki, Görüşdə onların döyüş təsüratları bölüşülüb, ehtiyacları ilə maraqlanılıb. Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı qələbədə öz rolu olan bu əsgərlərə təşəkkürlər edilib. Bildirilib ki, şanlı qələbəmizin qazanılmasında hünər göstərən soydaşlarımıza həmişə dərin hörmət və qayğı göstəriləcəkdir. Yaralı hərbiçilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, həmçinin rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, bu ilin 27 sentyabr tarixində Ermənistanın mülki əhalimizə qarşı təxribatının qarşısını almaq məqsədi ilə bütün cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatlarına başlanıldı. Bundan sonra Azərbaycanın bütün bölgələrində olduğu kimi İsmayıllılarda könüllü olaraq cəbhəyə yollandı. Şanlı qələbəmizlə yekunlaşan bu döyüşlər tariximizə Vətən müharibəsi kimi qızıl hərflərlə yazıldı. Vətən müharibəsi başlayan gündən İsmayıllılar həm ön cəbhədə, həm arxa cəbhədə dövlətimizə və ordumuza dəstək oldu. Ordumuza göstərilən dəstək aksiyaları yenə də davam edir. Rayonda olan yaralı hərbçilərimz ilə görüş də bu dəstəyin davamıdır.