Ekoloji-hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Ekoloji-hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Muxtar respublikanın Culfa rayonunun Ərəfsə kəndində rayon icra hakimiyyətinin və bələdiyyələrin, kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ekoloji-hüquqi maarifləndirmə tədbiri təşkil edilib.

YAZTV xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehdi Paşayev çıxış edərək ekoloji tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov “Ətraf mühitin qorunması istiqamətində ictimaiyyətin maarifləndirilməsinin məqsədi və əhəmiyyəti” mövzusunda çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd əhalinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, onların ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarətdir.

Çıxışlarda tədbir iştirakçılarına təbii resursların bərpası və istifadəsi sahəsində su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunması barədə məlumatlar verilib.

Sonda suallar cavablandırılıb.(AZƏRTAC)