Lyuis Hemilton karyerasının yubiley poulunu qazandı

Lyuis Hemilton karyerasının yubiley poulunu qazandı

İspaniyada keçirilən təsnifat mərhəsindən sonra karyerasının 100-cü poulu qazanan Hemilton çox həyəcanlı görünürdü. Lyuis ən yaxın rəqibi Ferstappeni 0.036 geridə qoyaraq yeddi qat dünya çempionu Lyuis Hemilton 100-cü poul qazan ilk Formula 1 sürücüsü olub.

Lyuis Hemilton: “Həftəsonu komanda olaraq güclü idik. Sıralanma mərhələsindən öncə bəzi dəyişikliklər etmişdik. Bolidi trasda təkmilləşdirməyə çalışırdıq. Sıralanma mərhələsində hamıdan geridə qaldım. İnana bilmirəm ki, 100-cü poulu qazanmışam. Mercedes bazasında çalışan hər kəsə minnətdaram. Bu komanda ilə birlikdə çalışmaq inanılmazdır. 2012-ci ilin sonunda komanadaya gəldiyimdə düşünməzdim ki, 100-cü poulu əldə edəcəm. Buna görə çox həyəcanlıyam”.

Aynur Mehdiyeva