TAG Heuer Red Bull ilə müqavilə müddətini uzadıb
Sənübər Qocayeva

İsveçrənin məşhur saat brendi TAG Heuer Red Bull firması ilə müqaviləni 2024-ci ilə qədər uzadıldığını rəsmi olaraq bəyan edib.
YAZTV bildirir ki, illərdir davam edən tərafdaşlığı uzatmaq istəyən TAG Heuer hələ bir neçə il də sponsorların sırasında olacaq. "Red Bull"un inglis rəhbəri Kristian Horner qeyd edib ki, TAG Heuer idman tarixinin əfsanəvi brendlərindən biridir.
“İki tərəfli razılıq nəticəsində müqavilə müddətini yenilədiyimiz üçün çox məmnunuq. Qarşıdan gələn illərdə birlikdə yeni uğurlar qazanacağımıza əminik”-deyə o əlavə edib.
Xatırladaq ki, TAG Heuer 2016-cı ildən rəsmi tərəfdaş olaraq komandanın sponsorları sırasındadır.
Hazırladı: Aynur Mehdiyeva