Britaniyalı Hemilton karyerasının 99-cı poulunu qazandı
Sənübər Qocayeva

Britaniyalı Hemilton karyerasının 99-cı poulunu qazandı
Bu gün İmolada təsnifat mərhələsini 1:14.411 nəticə ilə başa vuran Hemilton, karyerasının 99-cı poul mövqeyini qazandı. Nəticə etibarı ilə Serxio Peresi 0.036saniyə geridə qoyaraq liderliyi qorumağı bacardı.Gərgin günün sonunda yeddi qat dünya çempoionu Hemilton öz təssüratlarını belə bölüşdü. "Komanda üçün sözsüz uğurlu ğün oldu, İki Red Bull-un geridə qoyacağımızı gözləmirdim“.
Emiliya Romanya Qran Prisi bugün yerli vaxtla 17:00-da başlayıb. Ən yaxşı başlanğıc mövqeyini qoruyub saxlamaq üçün Lyuisin yaxşı şansı var , ancaq arxasında iki Red Bull sürücüsü və komanda yoldaşı Bottas podyum qazanmaq üçün mübarizə aparacaq.