Naftalanda “Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində növbəti görüş keçirilib

Naftalanda “Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində növbəti görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi nin, Azərbaycan Respublikası Təhsil Nazirliyi nin və Azərbaycan İdman Könüllüləri / Azerbaijan Sports Volunteers İctimai Birliyinin birgə təstiq etdiyi əsasnaməyə uyğun olaraq "Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə Budo idman növü üzrə Dünya Kubokunda 1-ci yerin, sindo-ryu və pençak silat idman növü üzrə Azərbaycan Çempionatında 1 dəfə 1-ci, 1 dəfə 3-cü yerin, 1 dəfə Beynəlxalq turnirin qalibi olmuş Cəfərov Cavad Cəmil oğlunun görüşü keçirildi.

Görüşdə Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev, Təhsil Şöbəsinin əməkdaşı Elturan Qasımov və şəhər tam orta məktəbinin direktoru Faiq Rüstəmov tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ edilməsi, nəailiyyət qazanmış idmançıları cəmiyyətə tanıtmaq, bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi, könüllülük prinsipləri ilə bağlı ilkin təsəvvürlərin formalaşdırılmasından ibarət olduğunu bildirdilər. Söylədilər ki, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır.

Sonra Çempionumuz Cavad Cəfərov və məşqçi-müəllimi Seymur Adıgözəlov həm respublika daxilində, həm də bir sıra xarici ölkələrdə əldə etdiyi uğurlarından bəhs etdilər və şagirdləri maraqlandıran sualları cavablandırdılar.

Sonda tədbir iştirakçıları idman yarışlarında qazanılmış kubok, medal və diplomlarla əyani tanış oldular və idmançı ilə xatirə şəkilləri çəkdirdilər.