Neçə nəfər peyvənd olunub?

Neçə nəfər peyvənd olunub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 887 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, “buster” doza üzrə isə 26 319 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 936 475, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 225 069, ikinci mərhələ üzrə 4 738 970 nəfər təşkil edir. Ümumilikdə isə 1 972 436 “buster” doza vurulub.