"İnstagram"ın işində qüsurlar yaranıb
Sənübər Qocayeva

"İnstagram" sosial şəbəkənin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.
YAZTV-nin məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada, Braziliya, Britaniyada, Rusiya və Almaniyada qeydə alınıb.
İstifadəçilərin 22 faizi əsasən hesablarına giriş, 60 faizi lentə baxış, 15 faizi isə videoların yüklənməsində problemlərlə üzləşir. (trend az)