“AİKTSA” yeni bir layihənin icrasına start verib

“AİKTSA” yeni bir layihənin icrasına start verib

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyası” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “İKT-də Qadınlar və qızlar” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi ölkədə qadın və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM), eləcə də informasiya və kommunikasiya texnologiyaları kimi qeyri-ənənəvi təhsil sahələrinə yönəldilməsi və karyera istiqamətlərini seçməyə yönəlik həvəsləndirmə fəaliyyətlərinin aparılmasıdır.

Yaztv.az Qht.az – a əsasən xəbər verir ki, layihə rəhbəri Elvin Abbasov qeyd edib ki, layihə dövründə 35 nəfər qadın və qıza peşəkar təlimçilər tərəfindən İKT təlimləri keçiriləcək və İKT-də Qadınlar və qızların rolunu, eyni zamanda payını artırmaq istəyirik.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyası”  İB-i tərəfindən həyata keçiriləcək ilə  “İKT-də Qadınlar və qızlar” layihəsinin icrası 3 ay müddətində (01.02.2023-30.04.2023) nəzərdə tutulub.