"Facebook Messenger"in işində problemlər yarandı
2021-02-04 09:30:00

ABŞ vətəndaşları "Facebook Messenger" tətbiqindən istifadə zamanı problemlə üzləşiblər.
YAZTV xəbər verir ki, bu barədə internet resurslarının işini izləyən "Downdetector" məlumat yayıb.
Qeyd edilib ki, amerikalı istifadəçilərin 46 faizi serverə qoşulma problemi yaşayır, 33 faizi mesaj qəbul edə bilmir, digər 20 faizi isə "Mesenger"ə daxil ola bilmir.
Bundan əlavə, Kanada, İngiltərə, Yaponiya və Avstraliyadan olan istifadəçilər də tətbiqin işində nasazlıqlardan şikayət edirlər.
YAZTV (publika az)