Şəxsi məlumatların oğurlanmasıyla bağlı "Facebook"dan AÇIQLAMA
2021-04-07 09:29:51

"Facebook" sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin məlumat sızmasının səbəbinin sistemlərinə haker hücumunun olmadığını açıqlayıb.
YAZTV xəbər verir ki, cinayətkarlar istifadəçilərin məlumatlarını veb mənbələrindən çıxarmaqla əldə ediblər:
"Cinayətkarların məlumatları sistemlərimizə hücum etməklə deyil, platformamızdan məlumat çıxarmaqla əldə etdiklərini anlamaq vacibdir".
Məlumat sızmasına səbəb olan sistem zəifliyinin aradan qaldırıldığını qeyd edilib. (publika az)