Saturday, 28 May 2022 11:17
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Mehriban Əliyeva Zəngilandan yeni foto paylaşdı

Mehriban Əliyeva Zəngilandan yeni foto paylaşdı

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan növbəti paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, instaqram hesabında Prezident İlham Əliyevlə fotosunu paylaşıb.

“Zəngilan. 27.05.2022”, - deyə Birinci vitse-prezident yazıb.

Gəncədə Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub

Gəncədə Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub

Gəncədə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Tədbir Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də, “Xocalı Soyqırımı” abidəsinin önündə baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər və şəhərdə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.

Əvvəlcə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri “Xocalı Soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəhidlərin ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçılarına Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Tədbirin davamında Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib, Xocalı faciəsinin dəhşətlərini əks etdirən gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Rəsmi hissədən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Yeni qəsəbə-2”də məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Naftalanda “02 Fevral-Gənclər Günü” münasibətilə "Nə? Harada? Nə zaman?" intellektual yarışı üzrə şəhər çempionatı keçirilib

Naftalanda “02 Fevral-Gənclər Günü” münasibətilə "Nə? Harada? Nə zaman?" intellektual yarışı üzrə şəhər çempionatı keçirilib

"02 fevral - Azərbaycan Gəncləri günü"-nün 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı, şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil Şöbəsinin və Heydər Əliyev Mərkəzinin birgə dəstəyi ilə gənclərin dünyagörüşünün artırılması, onlarda məlumat bazasının formalaşdırılması, möhkəmləndirilməsi və əyləncəli şəkildə elmi və praktiki biliklərə yiyələnməsi məqsədilə gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışması üzrə Naftalan şəhər çempionatı keçirildi.

İlk öncə idarə rəisinin müavini Elman Şərəfxanov çıxış edərək Gənclər gününün yaranma tarixindən, bu günün əhəmiyyətindən və ölkəmizdə möhtərəm cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan dövlət gənclər siyasətindən məlumat verdi, idarə tərəfindən yeniyetmə və gənclərin intellektual səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə müxtəlif intellektual oyunlar təşkil olunduğu bildirmiş, keçirilən oyunun mahiyyəti haqqında məlumat verdikdən sonra oyunda yarışacaq komandaları təqdim edərək onlara uğurlar arzulamışdı.

Gərgin mübarizə şəraitində keçən bilik yarışmasının qalibi İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin “Zəfər” komandası olub. Müvafiq olaraq II və III yerlərə isə S.Vurğun adına 2 nörəli tam orta məktəbin “Naftalan” və Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu tam orta məktəbin “Xarı bülbül” komandaları layiq görülmüşdür.

Sonda idarə tərəfindən I yerin qalibi kubok və diplomla, digər komandalar isə müvafiq diplomlar ilə təltif edilmişdirlər.

İsrail Prezidenti İlham Əliyevə zəng edib

İsrail Prezidenti İlham Əliyevə zəng edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

YAZTV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rüstəm Orucov: "Cüdo yığmamız formadadır"

Rüstəm Orucov: "Cüdo yığmamız formadadır"

İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə kişilərin komanda hesabında birinci olan cüdo üzrə Azərbaycan millisi Bakıya qayıdıb.

YAZTV-nin məlumatına görə, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, cüdoçuların yaxınları və jurnalistlər qarşılayıb.

90 kq çəki dərəcəsində qızıl medal qazanmış Məmmədəli Mehdiyev yarışa çox yaxşı hazırlaşdıqlarını diqqətə çatdırıb. 29 yaşlı idmançı 2021-ci ilin sonlarında təlim-məşq toplanışlarına başladıqlarını bildirib: "Bundan əvvəl Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə gümüş medal əldə etmişdim. Hazırkı yarışda da özümü yaxşı hiss edirdim. Çəki salmağa görə bir az yorğunluq var idi. Amma özümü toparlaya bildim və məşqçilər məni qalibiyyətə yönəltdilər. Qızıl medalla qayıtdığım üçün sevinirəm".

Mehdiyev turnirdəki hər görüşün onun üçün xüsusi olduğunu vurğulayıb: "Hamı əziyyət çəkib yarışa gəlib və öz vətəninin bayrağını orada dalğalandırmaq istəyir. Bizim də niyyətimiz qalib gəlmək idi. Ən güclü duellərimdən biri Serbiya təmsilçisi Nemanya Maydova qarşı final qarşılaşması oldu. Həmin rəqibə daha əvvəl 4 dəfə məğlub olmuşdum. Keçmişdə buraxdığım səhvləri bu dəfə məşqçilərin sayəsində təkrarlamadım".

66 kq çəkidə gümüş medal əldə etmiş Yaşar Nəcəfov ardıcıl olaraq Ukrayna, İsrail və İspaniya təmsilçilərinə qalib gələrək yarımfinala adladığını xatırladıb: "1/4 finaldakı ispaniyalı Martin Qaytero yarışın favoritlərindən hesab olunurdu. Çox güclü idmançıdır, reytinqdə 11-ci pillədə idi. Yarımfinalda monqolustanlı Xerlen Qanbola qızıl xal bölümündə yaxşı fəndlə qalib gəldim".

Böyük Dəbilqədən əvvəl koronavirus testi müsbət çıxmış 73 kq-dakı Rüstəm Orucov yarışa yaxşı hazırlaşdığını deyib: "Bu xəstəliyi simptomsuz keçirmişəm. 5 gün karantində qalası oldum. Bundan sonra ik idəfə test verdim və neqativ çıxdı. Bizim komanda formadadır. Federasiyamız və məşqçilərimizi həmişə bizə dəstək olur. Cüdoçulara hər cür şərait yaradırlar və biz də medallarla qayıdırıq".

Yığmanın kapitanı əsas məqsədinin Avropa çempionatına hazırlaşmaqdan ibarət olduğunu sözlərinə əlavə edib: "Həmin yarışdan əvvəl özümü başqa bir turnirdə yoxlamaq istəyirəm. Bu, ya Gürcüstandakı, ya da Türkiyədəki Böyük Dəbilqə olacaq".

60 kq-dakı Kəramət Hüseynov yarımfinalda qazaxıstanlı Baurjan Nabayev ilə görüşdə zədələndiyini xatırladıb: "Rəqibə əks fənd etdim və vazari xalı aldım. Qola qırıcı fənd etmək istəyirdim. Lakin bəxtsizlik oldu və çiynimin üzərinə düşdüm. Nəticədə hakim görüşü dayandıraraq, qələbəni rəqibə verdi, mən isə yarışa davam edə bilmədim".

24 yaşlı idmançı 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına hazırlaşacağını söyləyib: "Zədəmi müalicə etməyim lazımdır. Ya əməliyyat olunacaq, ya da müalicə alacağam. Məsələyə bu gün həkim rəyindən sonra aydınlıq gələcək. Avropa çempionatına hazırlaşmaq lazımdır".

Komandanın baş məşqçisi Mövlud Mirəliyev isə "Report"a açıqlamasında bildirib ki, yarışdan öncə Rüstəm Orucov (73 kq) və Murad Fətiyevin koronavirus testləri pozitiv çıxıb: "Həmin idmançılar da yarışa qatılsaydı, yaxşı nəticə verərdilər. Kəramət Hüseynov yarımfinalda irəlidə olduğu görüşdə zədələndi. Qələbə münasibətilə başda federasiya rəhbərliyi olmaqla, bütün cüdosevərləri təbrik edirəm".

100 kq-dakı Zelim Kotsoyev kişilər arasında komanda hesabında birinci olduqlarını diqqətə çatdırıb: "Özümə gəldikdə zədədən sonra hələlik 100 faiz formada deyiləm. Bərpa dövrü keçirik. Gələcəkdə daha da artıracağıq. İşimiz öz bəhrəsini verəcək. Bütün görüşlərim ağır idi. Yarımfinalda gürcüstanlı rəqiblə görüşdə səhvə yol verdim. Növbəti yarışlarda çalışacağıq ki, belə yalnışlıqlar olmasın".

https://www.youtube.com/watch?v=nKFEDW6oOoc&t=156s

Qeyd edək ki, Böyük Dəbilqədə yığmanın 9 üzvündən 4-ü fəxri kürsüyə yüksəlib. Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) gümüş, Zelim Kotsoyev (100 kq) bürünc medala sahib olub.

Azad Əsgərov UWW-nin Qrapplinq güləş idman növündə yenidən komitə üzvü seçilib

Azad Əsgərov UWW-nin Qrapplinq güləş idman növündə yenidən komitə üzvü seçilib

Yanvarın 21-də Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov UWW-nin (United World Wrestling), Qrapplinq güləş idman növündə yenidən komitə üzvü seçilib. A.Əsgərov eyni zamanda MOİK (Milli Olimpiya İdman Komitəsi) təşkilat komitəsinin də üzvüdür.

Xatırladaq ki, Azad Əsgərov ötən ayın sonunda GAMMA (Global Association MMA) ümumi yığıncağında Avropa Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan məscidinin tikinti işləri ilə tanış olublar

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan məscidinin tikinti işləri ilə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olublar.

YAZTV-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

YAP Gəncə şəhər təşkilatında partiya veteranları ilə görüş keçirilib

YAP Gəncə şəhər təşkilatında partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında partiyanın qızıl fondu hesab edilən partiya veteranları ilə görüş keçirililb.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Naqif Həmzəyev və partiya veteranları iştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Ulu öndər Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik dövrünün şərəfli salnaməsi, xalqa, dövlətə xidmət nümunəsi olmasından danışıb. Müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan bəhs edən Ramil Orucov Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına daim etibar etdiyini və dəstəklədiyini bildirib. Ramil Orucov Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərdən, son illərdə həyata keçirilən köklü islahatlardan ətraflı bəhs edib, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və atılan addımların YAP-ın cəmiyyətdəki mövqeyini daha da gücləndirdiyini deyib.

YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin yaşlı və ahıl insanlara sosial dəstək siyasətindən danışaraq bildirib ki, bu gün Azərbaycandakı ahıllar dövlət tərəfindən hərtərəfli maddi və mənəvi dəstəklə əhatə olunurlar. Monolit birliyi, böyük sosial bazası olan partiyanın veteranları daim diqqət mərkəzində saxlanılmasından danışan millət vəkili onu da qeyd edib ki, partiya veteranları müxtəlif sahələrdə səmərəli və məqsədyönlü fəaliyyət göstərməklə Azərbaycanın ictimai-siyasi həyatında həmişə fəal mövqe tutublar.

Partiya vereranlarından 84 yaşlı Nelya Həsənova, 77 yaşlı Mobil İmanov, 83 yaşlı Məmmədəli Balayev çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında, dövlətin güclənməsində, xalqımızın rifah halının yüksəlməsində misilsiz xidmətlərindən danışıblar.

Azərbaycanın dövlət müstəqilliyinin əvvəllərində bütün sahələrdə tənəzzülün yaşandığı bir dövrdə Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaranmasının canlı şahidi olan natiqlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz proqram və nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatıldı.

Gülsüm Fətəliyeva, Rəfiqə Sadıqova, Həsənbala Sadıqov, İlham Həsənov, Xəzangül Hüseynova Yeni Azərbaycan Partiyasının siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrildiyini bildiriblər.

Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını qeyd edən veteranlar əsl vətəndaş kimi Ulu öndər Heydər Əliyev ideyalarına daim sədaqət nümayiş etdirdiklərini vurğulayıblar.

 

Cüdo üzrə Azərbaycan birinciliyində tarixi göstərici qeydə alınıb

Cüdo üzrə Azərbaycan birinciliyində tarixi göstərici qeydə alınıb

18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi tarixə düşüb.

Federasiyanın Mətbuat Xidmətindən  verilən məlumata görə, ilk dəfə paytaxt Bakı istisna olmaqla 34 müxtəlif regiondan idmançılar yarışa qatılıblar.

Qeyd edək ki, turnir yanvarın 16-da başa çatacaq. Ölkə birinciliyində 570-ə yaxın (479 oğlan, 89 qız) cüdoçu mübarizə aparır. Yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.

Gəncə Dövlət Dram Teatrının yeni binasında ilk tamaşa nümayiş olunub

Gəncə Dövlət Dram Teatrının yeni binasında ilk tamaşa nümayiş olunub

10 Mart  Azərbaycanda Milli Teatr Günüdür.  Bu münasibətlə Gəncə Dövlət Dram Teatrının yeni binasında “Cavad Xan” tarixi dramı nümayiş olunub. Səhnə əsərinə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət nümayəndələri və şəhər sakinləri tamaşa ediblər.

Tamaşadan əvvəl rəsmilər Gəncə Dövlət Dram Teatrının yeni binasına baxış keçiriblər, teatrın muzeyinə baş çəkiblər. Qeyd edilib ki, 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Gəncə Dövlət Dram Teatrının yeni binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.

Daha sonra “Cavad Xan” tarixi dramı nümayiş olunub. Tamaşa  Gəncənin sonuncu xanı Cavad xanın yurduna olan bağlılığından, Gəncənin tarixindəki xidmətlərindən, azadlıq uğrunda işğalçılara qarşı apardığı mübarizədən bəhs edir.

Əsərin müəllifi junalist, yazıçı Nüşabə Əsəd Məmmədlidir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatı Sevda Əliyeva, rejissor assistenti Nişanə Qurbanovadır.

Baş rollarda Xalq artisti Pərvanə Qurbanova və Əməkdar artist Elxan Yunis iştirak ediblər. Tamaşada həmçinin,  Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Novruz Cəfərov, Salamulla İsmayılov, aktyorlar Yusif Cəfərov, Samir Abbasov, Murad Meyfəliyev, Şahmar Məmmədov, Ruslan Hüseynov, Günay Cabbarova, Sevinc Hüseynova, Mətləb Təhmazi, Emil Salmanov, Elmir Məmmədov, Zəminə Cəfərova, Şükufə Salmanova, Həsən Cəfərov, Hüseyn Cəfərov, Seymur Məmmədov, Nailə Əhmədova, Zaur Əhmədov, Orxan Mirzəyev, Samir Rzayev, Mirheydər Seyidov, Akif Səfərov, Murad Nazim və Rizvan Quliyev çıxış ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tamaşadan sonra Niyazi Bayramov səhnə arxasında Gəncə Dövlət Dram Teatrının kollektivi ilə görüşüb. O, Prezident İlham Əliyevin və Vitse-prezident Mehriban xanım Əliyevanın teatr sənətinə göstərdikləri diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Gəncə Dövlət Dram Teatrının müasir standartlara cavab verən yeni binası  bu diqqətin bariz nümunəsidir. Şəhər rəhbəri sənət adamlarını Milli Teatr Günü münasibətilə təbrik edərək, onlara milli teatrımızı yaşatmaq, maarifçi mütəfəkkirlərimizin yaratdığı milli teatr ənənələrini inkişaf etdirmək istiqamətində uğurlar arzulayıb.

Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı kollektiv adından dövlət başçısına yeni, müasir teatr binasına görə minnətdarlığını bildirib, bundan sonra teatrsevərlərin qarşısına rəngarəng repertuarlarla çıxacaqlarını qeyd edib.

 

 

 

Naftalanda"Gənclər həftəsi" çərçivəsində silsilə tədbirlər davam etdirilir

Naftalanda"Gənclər həftəsi" çərçivəsində silsilə tədbirlər davam etdirilir

Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Gənclər həftəsi" çərçivəsində 2 Fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr edilmiş “Veloyarış” keçirildi.

Sonda qaliblər diplomlarla təltif edildi. Təltifetmə mərasimində Naftalan ŞİH-in ictimai - siyasi və humanitar məsələlər üzrə işin aparıcısı  Afət  Mustafayeva, şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev və GKİM-Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev iştirak etmişdir.

Azərbaycan klubları üçün qış transfer pəncərəsi açılıb

Azərbaycan klubları üçün qış transfer pəncərəsi açılıb

Azərbaycan klubları üçün 2021/2022 mövsümünün qış transfer pəncərəsi açılıb.

YAZTV-nin məlumatına görə, bu gündən etibarən klublar yeni futbolçularını qeydiyyatdan keçirə biləcəklər.

Transfer dönəmi 31 gün davam edəcək. Oyunçuların qeydiyyatı üçün son tarix fevralın 9-u olacaq.