Tuesday, 20 Oktyabr 2020 07:07
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
17.22°C

Bakı

Rütubətlilik: 85%
Külək: 8.08 KM/S
İlham Əliyev: "Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir"

İlham Əliyev: "Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir"

"Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir".

YAZTV  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər.

Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur".

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

Sentyabrın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Nazirlikdən YAZTV-ə verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 240 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını xatırladıb.

General-polkovnik Vilayət Eyvazov gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hər zaman polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini artırmalarını, öz üzərlərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.

Deputatların müzakirə edəcəyi məsələlərin sayı artırıldı

Deputatların müzakirə edəcəyi məsələlərin sayı artırıldı

Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il iyunun 19-da keçiriləcək növbədənkənar iclasının gündəliyinə yeni məsələlər əlavə olunub.

YAZTV-nin məlumatına görə, iclasın gündəliyində 13 məsələnin müzakirəsi nəzərdə tutulmuşdu, lakin gündəliyə dəyişiklik nəticəsində məsələlərin sayı 17-yə çatdırılıb.

Müzakirə ediləcək məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

7. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

10. “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

11. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

13. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

16. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Sabah paytaxtda 25 dərəcə isti olacaq

Sabah paytaxtda 25 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YAZTV-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Sentyabrın 22-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-17° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. (Azərtac)

Messi "Barselona"dan ayrılır?

Messi "Barselona"dan ayrılır?

İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi klub rəhbərliyinə yaxın vaxtlarda komandanı tərk etmək niyyətində olduğunu bildirib.

YAZTV "Esporteinterativo"ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçuya yaxın olan mənbə Messinin əvvəllər belə qəti qərar vermədiyini söyləyib.

Ölkənin məşhur "Mundo Deportivo" nəşri isə xəbəri təkzib edib və argentinalı forvardın kluba belə məlumat vermədiyini yazıb. Nəşr Messinin komandada qalacağını vurğulayıb.

Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Bu gün ictimai nəqliyyat saat 23:59-a qədər işləyəcək - BNA

Bu gün ictimai nəqliyyat saat 23:59-a qədər işləyəcək - BNA

Sərt karantin rejimi ilə bağlı qərarın qəbul edilməsi əhalidə bir sıra suallar yaradıb.

YAZTV xəbər verir ki, Baş nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirir ki, bu gün gecə saat 23:59-a qədər avtobusların hərəkətində heç bir maneə olmayacaq.

Suallarımızı cavablandıran Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov isə metronun gecəyə qədər fəaliyyət göstərəcəyini qeyd edib.

Qeyd edək ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

"Yüksəliş" müsabiqəsi Vüsal Hüseynovun təqdimatında vebinar təşkil edib

"Yüksəliş" müsabiqəsi Vüsal Hüseynovun təqdimatında vebinar təşkil edib

Sentyabrın 18-də  “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən İdarəçi Rəhbərlər heyətinin üzvü,  Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təqdimatında “Dövlət sektorunda strateji idarəetmə” mövzusunda vebinar keçirilib.  

DMX-dən YAZTV-ə bildiriblər ki, Vüsal Hüseynov vebinar iştirakçılarına idarəçilik bacarıqlarının əhəmiyyəti, strateji idarəetmə, səmərəli kommunikasiya işinin təşkili, bu kateqoriyaların əsas tərkib hissələrindən danışıb. DMX-nin rəisi qeyd edib ki, xüsusən strateji idarəetmə alətlərin düzgün seçilməsi,  bununla bağlı məqsəd, həfədlərin müəyyən edilməsi, tədbirlər planının hazırlanması, lazım olan resurslardan doğru istifadə komandanın görüləcək işə, xüsusilə böhran vəziyyətə  daha hazırlıqlı olması üçün vacib amillərdir. O, həmçinin strategiyaların, fəaliyyət planlarının icrasında  monitorinq və qiymətləndirmənin də əhəmiyyətli olduğunu vurğulayıb. Dövlət sektorunda olan idarərçilər üçün tələblərin özəl sektordan fərqli olmasını, bu halda dövlət qulluğunun fəlsəfəsinin mənimsənilməsi, dövlət qulluqçularına qarşı müəyyən edilmiş tələblərin diqqətdə saxlanılması, fəaliyyətin ictimai rifahı, təhlükəsizliyin artması, vətəndaşlara xidmətin yüksəldilməsi kimi yüksək maraqlara xidmət etməsini diqqətə çatdırıb. Dövlət sektorunda olan idarəçinin  ictimai hesabatlı  şəxs olmasını bildirərək fəaliyyətində qaydaları, rəhbərliyin tapşırıqlarını daim prioritet tutmasının vacibliyini qeyd edib.

Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb. Dövlət Miqrasiya Xidmətinin rəisi yeni layihələr, təlimlər, bir çox xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlər barədə iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, hazırda əyani mərhələnin keçirilməsinə hazırlaşan müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.

“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Əhməd İsmayılova ağır itki üz verib

Əhməd İsmayılova ağır itki üz verib

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılova ağır itki üz verib. 

YAZTV xəbər verir ki, Əhməd İsmayılovun atası Məhəmməd İsmayılov dünyasını dəyişib.

Yeni Azərbaycan Televiziyası kollektivi olaraq Məhəmməd müəllimə Allahdən rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk! 

 

Modern.az

Peşə təhsili ilə bağlı “Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

Peşə təhsili ilə bağlı “Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan peşə təhsili ilə bağlı “Dərs vaxtı”nın 5 iyuna olan cədvəli açıqlanıb.

Nazirlikdən YAZTV-yə verilən məlumata görə, sabah saat 17:00-da Xalçaçı ixtisası üzrə - Kücügötürmə. Dəhnə və dəhnədöymə; 17:15-də Kompyuter operatoru, dizayner ixtisası üzrə - Corel Draw proqramında təqvimin hazırlanması; 17:30-da Bərbər-vizajist-manikürçü ixtisası üzrə - Aparat manikürü dərsləri olacaq. 

 İşlənmiş batareyaları nə etməli?

İşlənmiş batareyaları nə etməli?

Batareyaların üzərinə baxarkən “Zibil qutusuna atma!” işarəsini görürük. Bunun səbəbi nədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin YAZTV-ə verdiyi məlumata görə, batareyaların tərkibində ağır metallar mövcuddur. Onları adi məişət tullantıları ilə birlikdə atdıqda tərkibindəki ağır metallar torpağa, oradan isə yeraltı sulara qarışır. Nəticədə isə içdiyimiz su ilə birlikdə orqanizmimizə daxil olur.

1 batareya 20 m2 sahəni və 400 l suyu çirkləndirə bilir.

Bəs bunun qarşısını almaq üçün nə etməli?

İstifadə etdiyiniz batareyaları yığıb “Təhlükəli Tullantılar” MMC-ə (müraciət üçün: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) təhvil verə bilərsiniz.Bununla siz həm təbiətə töhfə vermiş, həm də öz sağlamlığınızı qorumuş olacaqsınız.

Taksi sürücülərinin fəaliyyəti ilə bağlı açıqlama

Taksi sürücülərinin fəaliyyəti ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, iyulun 5-dən etibarən fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub.

Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyətinə icazə verilən sahələr siyahısında taksi xidmətləri də yer alsa da, bu sahədə çalışan, xüsusilə də, şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olan sürücülərin 4 iyul tarixində yenidən təsdiqlənmiş icazələri ləğv olunub.

YAZTV xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu sahədə çalışan vətəndaşlar da adlarınının “icazə.e-gov.az” portalında olub-olmamasını yoxladıqdan sonra fəaliyyət göstərə bilərlər:

“Polis cəzanı yalnız müvafiq icazəsi olmadan evdən çıxmış şəxslərə tətbiq edir. Taksilərin neçəsinin sayının məhdudlaşdırılıb, neçəsinə icazə verildiyini deyə bilmərəm. Taksi sürücüləri də eyni qaydada icazələrinin olub-olmamasını yoxlasınlar, ondan sonra fəaliyyət göstərsinlər”.

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-ə bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeronda gecə 11-14° isti, gündüz 21-25° isti, Bakıda gecə 12-14° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət 70-80 %, gündüz 40-45% olacaq.   

Tibbi-meteoroloji proqnoz:

Mayın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.