Saturday, 28 May 2022 10:52
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

Futbol üzrə Azərbaycan Kubokunun medalçıları mükafatlandırılıb.

YAZTV-nin məlumatına görə, Qəbələ şəhər stadionundakı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.

İlk olaraq "Zirə"yə gümüş medallar təqdim edilib. Daha sonra isə "Qarabağ"a çempionluq kuboku verilib.

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.

YAZTV-nin məlumatına görə, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. "Qartallar" "köhlən atlar"ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. "Qarabağ" - "Zirə" cütü bu siyahıda 473-cü olacaq.

Azərbaycan Kuboku

Final

27 may

19:00. "Qarabağ" - "Zirə"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Hakim-inspektor: Frits Ştuxlik

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi hələlik "Keşlə" (indiki "Şamaxı") klubu olub.

İbrahimoviç ağır zədəyə görə karyerasını bitirə bilər

İbrahimoviç ağır zədəyə görə karyerasını bitirə bilər

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunacaq.

YAZTV klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçli hücumçu 7-8 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bir müddət öncə Milan şəhərinin eyniadlı təmsilçisinin 41 yaşlı forvardla yeni müqavilə imzalayacağı barədə məlumat yayılıb. Lakin hazırkı vəziyyətə görə təcrübəli oyunçunun karyerasını bitirə biləcəyi də istisna olunmur.

İddiaya görə, İbrahimoviç futbolla vidalaşsa, mərhum agent Mino Rayolanın şirkətində işə başlaya bilər.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "rossonerilər"lə İtaliya çempionluğunu qazanıb.

Kadi Borges: "Hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm"

Kadi Borges: "Hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm"

"Final gözlədiyimiz kimi çətin oldu. Sonadək dözdük. Komanda yoldaşlarıma təşəkkür edirəm".

YAZTV-nin məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm. "Qarabağ"dakı ilk mövsümümdə bütün mümkün titulları qazanmaq əladır. Biz ailəyik. Hər kəsə minnətdarlığımı bildirirəm".

Onun sözlərinə görə, azarkeşlər komandadan avrokuboklarda ən azı ötən mövsümdəki əzmkarlığı gözləsinlər: "Yenə eyni cür mübarizə aparacağıq".

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" titula sahib çıxıb.

Azərbaycan para-atleti Qran-pridə qızıl medal qazanıb

Azərbaycan para-atleti Qran-pridə qızıl medal qazanıb

Azərbaycan para-atleti Samir Nəbiyev İsveçrənin Nottvil şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən YAZTV-yə verilən məlumata görə, idmançı nüvə itələmə kateqoriyasında (F57) 13.02 metr nəticə göstərib.

Nəbiyev bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Avropa çempionatı: Rafael Ağayev 1/4 finalda uduzub

Avropa çempionatı: Rafael Ağayev 1/4 finalda uduzub

Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

YAZTV-nin məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda kiprli Panayiotis Loizidesi, ardınca isə slovakiyalı David Podsklanı məğlub edib.

Lakin o, 1/4 finalda Bosniya və Herseqovina idmançısına uduzub.

Rəşad Sadıqov: "Futbolçularımla fəxr edirəm"

Rəşad Sadıqov: "Futbolçularımla fəxr edirəm"

"Məğlubiyyət məyusedici, həm də qürurvericidir. Futbolçularımla fəxr edirəm. "Qarabağ"a qol şansı vermirdilər. Buraxdığımız qol zamanı azlıqda qalmışdıq. Qismət Alıyev zədəli idi. Rəqib də bundan maksimum yararlandı. Penaltilər seriyasında zərbə vuran oyunçumuz qalmamışdı. Bununla belə, hər kəsə təşəkkür edirəm".

YAZTV-nin məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə "Qarabağ"a Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

40 yaşlı mütəxəssis yeni futbolçular alınacağını bildirib: "Heyətimizi gücləndirmək istəyirik. Necə alınacağını zaman göstərəck".

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan titula sahib çıxıb.

"Səbail" yeni baş məşqçisini açıqlayıb

"Səbail" yeni baş məşqçisini açıqlayıb

"Səbail" klubu yeni baş məşqçisini açıqlayıb.

YAZTV paytaxt təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, "dənizçilər" Mahmud Qurbanova tapşırılıb.

49 yaşlı mütəxəssis bu postda mayın 23-də istefaya göndərilmiş Aftandil Hacıyevi əvəzləyib.

Qeyd edək ki, Mahmud Qurbanov son olaraq "Neftçi"nin əvəzedici komandasına rəhbərlik edib.

Avropa çempionatı: İrina Zaretska ilk görüşündə məğlub olub

Avropa çempionatı: İrina Zaretska ilk görüşündə məğlub olub

Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni erkən dayandırıb.

YAZTV-nin məlumatına görə, 68 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində fransalı Alizi Agierlə üz-üzə gəlib.

İlk qarşılaşmasındaca rəqibinə 1:3 hesabı ilə məğlub olan Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışla vidalaşıb.

84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı yunanıstanlı Georgios Tzanosa qalib gəlsə də, növbəti raundda Ukraynanı təmsil edən Rizvan Talıbova yenilib.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Bu gün 7 karateçi mübarizəyə qoşulub.

Namik Ələskərov "Bursaspor"un rekordçuları sırasına düşüb

Namik Ələskərov "Bursaspor"un rekordçuları sırasına düşüb

Türkiyənin "Bursaspor" klubunda ötən mövsüm ən çox meydanda olan futbolçuların adları açıqlanıb.

YAZTV-nin məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov 2 414 dəqiqə göstərici ilə 2-ci pillədə qərarlaşıb.

Birinci sırada isə Burak Altıparmak yer alıb - 2 948. İlk "üçlüy"ü 2 372 dəqiqə ilə Luka Tsapan tamamlayıb.

Qeyd edək ki, "Bursaspor" ötən mövsüm I liqada 17-ci yeri tutaraq, aşağı dəstəyə düşüb. Bu səbəbdən klub legionerləri ilə yollarını ayıracaq.

Konfrans Liqası: Finaldan sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb

Konfrans Liqası: Finaldan sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb

İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

YAZTV-nin məlumatına görə, azarkeşlərin səsverməsinə əsasən, bu ada "Roma"nın müdafiəçisi Kris Smollinq layiq görülüb.

Qeyd edək ki, rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi turnirin qalibi olub. "Canavarlar"ın yeganə qolunu Nikolo Zaniolo vurub.

Qurban Qurbanova “Şöhrət” ordeni təqdim olunub

Qurban Qurbanova “Şöhrət” ordeni təqdim olunub

Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanova ali mükafatı təqdim edilib.

YAZTV-nin məlumatına görə, mükafatı AFFA prezidenti Rövnəq Abdullayev verib.

Abdullayev Qurbanovu “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş məşqçi isə verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.