Monday, 10 Avqust 2020 14:32
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
29.44°C

Bakı

Rütubətlilik: 45%
Külək: NE11.81 KM/S
Monteneqro - Azərbaycan matçının stadionu bəlli oldu

Monteneqro - Azərbaycan matçının stadionu bəlli oldu

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Monteneqronun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

YAZTV UEFA-nın rəsmi saytına istinadən istinadən xəbər verir ki, Faruk Hacibeqiçin baş məşqçi olduğu komanda oktyabrın 10-da Azərbaycan yığmasını "Podgorica City Stadium"da qəbul edəcək.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Kipr yığması ilə də qarşılaşacaq. Monteneqronun turnirdəki ilk iki matçı səfərdə olacaq.

Şahmat üzrə şirkətlərarası ilk dünya çempionatı keçiriləcək

Şahmat üzrə şirkətlərarası ilk dünya çempionatı keçiriləcək

Noyabrın 27-dən 29-dək onlayn formatda şahmat üzrə ilk şirkətlərarası dünya çempionatı keçiriləcək.

YAZTV xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında məlumat verilib.

Məlumatda qeyd edilib ki, çempionatda hər birinin heyətində dörd şahmatçı olan komandalar mübarizə aparacaqlar. Komandaların üzvlərindən ən azı biri qadın şahmatçı olmalıdır. Bundan əlavə, komandada yalnız bir peşəkar oyunçunun (FIDE reytinqi 2500-dən yuxarı) iştirakına icazə verilir. Hər matçda iştirak edəcək heyətdə oyunçulardan ən azı üçü təmsil etdiyi şirkətin işçiləri olmalıdır.

Qalib gələn komanda 2021-ci ilin oktyabrında Barselonada keçiriləcək ikinci şirkətlərarası dünya çempionatına dəvət ediləcək.

Tanınmış idman ustası Elvar Osmanovun doğum günüdür

Tanınmış idman ustası Elvar Osmanovun doğum günüdür

Bu gün Azərbaycanın ilk idman ustası, döyüş Sambosu üzrə Dünya və Avropa mükafatçısı, Gəncə İdman Klubunun təsisçisi və rəhbəri, həmçinin (YAZTV) Yeni Azərbaycan Televiziyasının təsisçilərindən biri olan Elvar Osmanovun doğum günüdür.

Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib.

2010-cu ildə AMAKA və Rusiya Dövlət Ali Məktəbləri Nəzdində Beynəlxalq Tətbiqi Kosmanaftika Universitetinin İqtisad İdarəetmə və Maliyyə fakültəsi bitirib.

2010-cu ildə Azərbaycanda keçirilən Universal döyüş üzrə Avropa Çempionatında 2-ci yer olub.

2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Çempionatında 3-cü yer olub.

2014-cü ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Döyüş sambosu üzrə Avropa Çempionatında 3-cü yer olub.
Elvar Osmanov 2016-cı ildən Gəncə İdman Klubunun təsisçisi və rəhbəridir.

Gəncə İK-ya rəhbərlik etdiyi vaxtdan cüdo idman növü üzrə baş məşqçi Samir İsmayılov Usta cüdoçular arsında Avropa çempionu olub.

Gəncə İK-nın fəxri üzvü, Sambo idman növü üzrə Dünya və Avropa finalçısı Ağasif Səmədov “Minsk 2019” II Avropa Oyunlarında iştirak edib. Sambo idman növü üzrə keçirilən oyunda 52 kq çəki dərəcəsində yarışan A. Səmədov ikincilik əldə edərək gümüş medala sahib olub.
22 yanvar 2019-cu ildə Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Ferdeasiyasının regionlar üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə idman sahəsində fərqləndiyinə görə təltif edilib. Bundan başqa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi ilə əlaqədar gənclər və idman sahəsində göstərdiyi xidmətə görə Fəxri Fərmanla təltif edilib.

"Qarabağ"ın sabiq qapıçısı "Konyaspor"la anlaşdı

"Qarabağ"ın sabiq qapıçısı "Konyaspor"la anlaşdı

Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" klubu heyətini yeni qapıçı ilə gücləndirir.

YAZTV "Aspor"a istinadən xəbər verir ki, komanda "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə anlaşıb.

Bosniya və Herseqovina millisinin üzvü razılaşmaya əsasən, iki il bölgə təmsilçisində çıxış edəcək. "Konyaspor" 32 yaşlı qolkiperə illik 600 min avro ödəyəcək. Bu komandanın baş məşqçisi əvvəllər "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.

Qeyd edək ki, İbrahim Şehiç son olaraq "Erzurumspor"un formasını geyinib. Şehiç bu komandaya 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Pirlo "Yuventus"un baş məşqçisi təyin edildi

Pirlo "Yuventus"un baş məşqçisi təyin edildi

Andrea Pirlo İtaliyanın "Yuventus" futbol klubunun baş məşqçisi təyin edilib.

YAZTV-nin "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, 41 yaşlı A.Pirlo klub ilə iki illik - 2022-ci ilin 30 iyun tarixinədək müqavilə imzalayıb.

Klubun baş məşqçisi vəzifəsində A.Pirlo bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəz edəcək.

Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı

Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı

Azərbaycanda açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.

YAZTV-nin məlumatına görə, bu qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edib. İcazə idman mallarının istehsalına da alınıb.

Bu yenilik Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 10 avqusut saat 00:00-dan qüvvəyə minəcək.

Beləliklə, Azərbaycan Premyer Liqasının avqustun 21-də başlaması üçün heç bir maneə qalmayıb. Eyni zamanda klublar və milli komanda rəqiblərini öz meydanında qəbul edə biləcək.

Avropa Liqası: 1/4 final mərhələsinin oyunları keçiriləcək

Avropa Liqası: 1/4 final mərhələsinin oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

YAZTV-nin məlumatına görə, cütlərin taleyini bir oyun həll edəcək. Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma oynanılacaq. İngiltərənin "Mançester Yunayted" komandası Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Dusseldorfda Almaniya "Bayer"inin (Leverkuzen) müqavimətini qırmağa çalışacaq.

Avropa Liqası

1/4 final mərhələsi

10 avqust

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

23:00 "İnter" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə, Ukrayna "Şaxtyor"u isə İsveçrə "Bazel"i ilə münasibətlərə aydınlıq gətirəcək.

Çempionlar Liqasında yeni mövsümə start verildi

Çempionlar Liqasında yeni mövsümə start verildi

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünə start verilib.

YAZTV-nin məlumatına görə, ilkin təsnifat mərhələsində iki görüş keçirilib. İsveçrənin Nyon şəhərindəki "Colovray Sports Centre"də meydana əvvəlcə San Marinonun "Tre Fiori" və Şimali İrlandiyanın "Linfild" komandaları çıxıb. Görüş "Linfild"in qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Bastien Heri 71-ci və Kristi Manzinqa isə 83-cü dəqiqədə vurub.

Gecənin digər görüşündə Kosovo "Drita"sı Andorranın "İnter Eskaldes" klubunu sınağa çəkib. Bu matçda "Drita" qalib ayrılıb. Hesabı 21-ci dəqiqədə Cevdet Şabani açıb. 29-cu dəqiqədə Emil Qarsia bərabərlik qolunu vurub. Lakin 45+3-cü dəqiqədə Hamdi Namani yekun nəticəni müəyyənləşdirib - 2:1.

Beləliklə, avqustun 11-də "Drita" ilə "Linfild" üz-üzə gələcək. Bu görüşün qalibi isə I təsnifat mərhələsinə yüksələcək.

Avropa Liqasının bütün 1/4 finalçıları məlum oldu

Avropa Liqasının bütün 1/4 finalçıları məlum oldu

UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində son iki oyun keçirilib.

YAZTV-nin məlumatına görə, İngiltərənin "Vulverhempton" klubu Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşıb. Oyun İngiltərə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 9-cu dəqiqədə meksikalı Raul Himenes vurub.

Digər qarşılaşmada İsveçrənin "Bazel" klubu Almaniyanın "Ayntraxt" klubu üzərində 1:0 qələbə qazanıb. Oyunda yeganə qolu 88-ci dəqiqədə Fabian Fray vurub.

Beləliklə, "Vulverhempton" və "Bazel" UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıblar.

Açıq havada idman yarışları və oyunlarına icazə verildi

Açıq havada idman yarışları və oyunlarına icazə verildi

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.

YAZTV xəbər verir ki, icazə idman mallarının istehsalına da aid edilib.

Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) 2020/2021-ci illər mövsümünün startı ilə bağlı avqustun 12-də AFFA-nın inzibati binasında püşkatma mərasimi keçirəcək.

Bu gün "Qarabağ"ın ilk rəqibi müəyyənləşəcək

Bu gün "Qarabağ"ın ilk rəqibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

YAZTV-nin məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Ağdam komandası daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində qərarlaşacaq. Ona səpələnməmişlər səbətindəki daha aşağı reytinqli "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) rəqib olacaq.

Ümumilikdə 34 komanda 5 qrupdan ibarət olmaqla, 2 səbətə bölünüb. Onlardan mübarizəyə 33-ü birbaşa qatılanlar, 1-i isə ilkin mərhələnin qalibi olacaq.

1-ci qrup
Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Legiya" (Varşava, Polşa), "Ferentsvaroş" (Macarıstan)
Səpələnməmişlər: "Yurqorden" (İsveç), İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi, KP (Reykyavik, İslandiya)

2-ci qrup
Səpələnmişlər: "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Sarayevo" (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels), "Europa" (Cəbəllütariq)

3-cü qrup
Səpələnmişlər: "Lüdoqorets" (Bolqarıstan), ÇFR (Kluj, Rumıniya), "Omoniya" (Kipr)
Səpələnməmişlər: "Buduçnost" (Podqoritsa, Monteneqro), "Ararat-Armenia" (Ermənistan), "Floriana" (Malta)

4-cü qrup
Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Makkabi" (Təl-Əviv, İsrail), "Dinamo" (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər: "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya), "Sileks" (Şimali Makedoniya)

5-ci qrup
Səpələnmişlər: "Molde" (Norveç), "Dandolk" (İrlandiya), "Slovan" (Bratislava, Slovakiya), "Suduva" (Litva)
Səpələnməmişlər: "Flora" (Tallin, Estoniya), Kİ (Klaksvik, Farer adaları), "Tselye" (Sloveniya), "KuPS" (Finlandiya)

Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən, adı birinci çıxacaq komanda evdə oynayacaq. Görüşlər 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər.

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

İtaliyanın "İnter" futbol klubu Avropa Liqasının 1/8 final mərhələsində İspaniyanın "Hetafe" komandasını 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

YAZTV-nin məlumatına görə, qolları Romelu Lukaku (33-cü dəqiqə) və Kristian Eriksen (83) vurublar.

Növbəti turda "İnter" "Reynjers" (Şotlandiya) - "Bayer" (Almaniya) oyununun qalibi ilə görüşəcək. İlk görüş "Bayer"in 3:1 hesabla qələbəsi ilə başa çatıb.

İngiltərənin "Mançester Yunayted" klubu 1/8 final mərhələsində Cessi Linqard və Antoni Marsialin qolları sayəsində Avstriyanın "LASK"ını 2:1 hesabı ilə məğlub edib. Növbəti turda ingilislər Danimarkanın "Kopenhagen"i ilə oynayacaq.

Xatırladaq ki, 1/4 final oyunları 10-11 avqustda, yarımfinal 16 Avqustda, final oyunu isə 21 avqustda Kölndə keçiriləcək.