Saturday, 28 May 2022 11:36
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ukraynada ölən uşaqların sayı 242-yə çatıb

Ukraynada ölən uşaqların sayı 242-yə çatıb

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 242 uşaq ölüb, 440 uşaq güllə və qəlpə yarası alıb.

YAZTV  xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 888 təhsil müəssisəsinə ziyan dəyib, 180-i isə tamamilə dağıdılıb.

Qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Britaniya kəşfiyyatı: "Rusiyanın silah çatışmazlığı var, 50 illik tanklardan istifadə edir"

Britaniya kəşfiyyatı: "Rusiyanın silah çatışmazlığı var, 50 illik tanklardan istifadə edir"

"Rusiya quru qoşunları Severodonetsk və Lisiçanskı mühasirəyə almaq cəhdlərini davam etdirir və bu yaxınlarda Popasnanın şimal-qərbində bir neçə kəndi ələ keçirib. Rusiyanın Severodonetski mühasirəyə salmaq cəhdərinə baxmayaraq, Ukrayna bir çox müdafiə sektorlarına nəzarəti əlində saxlayır və Rusiyanın Donbasa tam nəzarət etməsinə imkan vermir".

YAZTV-nin xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

"Rusiyanın Cənub Qoşun Qrupunun qarşısında, çox güman ki, Ukraynanın cənub ərazilərini işğal etmək tapşırığı qoyulub. Son günlərdə Rusiya böyük ehtimalla 50 illik T-62 tanklarını dərin anbarlardan Cənub Qoşun Qrupunun məsuliyyət zonasına köçürüb.

Şübhəsiz ki, T-62-lər tankəleyhinə silahlara qarşı xüsusilə həssas olacaq və onların döyüş meydanında olması Rusiyanın müasir, döyüşə hazır texnika çatışmazlığını vurğulayır", - məlumatda qeyd olunub.

Peruda 6,7 bal gücündə zəlzələ olub

Peruda 6,7 bal gücündə zəlzələ olub

Perunun cənubunda 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

YAZTV TASS-a istinadən xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanların mərkəzi əhalisinin sayı 245 minə yaxın olan Xulyaka şəhərindən 83 km qərbdədir. Zəlzələnin ocağı 206 km dərinlikdə yerləşir.

İtkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat yayılmayıb.

Britaniya kəşfiyyatı: "Rusiya Silahlı Qüvvələri Donbasa hücumun növbəti mərhələsinə başlayıb"

Britaniya kəşfiyyatı: "Rusiya Silahlı Qüvvələri Donbasa hücumun növbəti mərhələsinə başlayıb"

“Böyük ehtimalla son sutkada Rusiya Silahlı Qüvvələri Donbasa hücumun növbəti mərhələsinə başlayıb”.

YAZTV  xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında yazılıb.

“Ola bilsin, Rusiya qoşunları Donetsk vilayətinin şimalındakı Liman şəhərinin çox hissəsini ələ keçirib. Bundan əvvəl Rusiyanın dəstəklədiyi “Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilin Rusiya dövlətinin nəzarətində olan mətbuata demişdi ki, əgər Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirsə, referendum olacaq. Əgər Rusiya bu əraziləri ələ keçirə bilsə, çox güman ki, Kreml bunu əhəmiyyətli nailiyyət kimi ictimailəşdirəcək və işğalına haqq qazandırmaq üçün istifadə edəcək. Hərçənd Ukrayna Silahlı Qüvvələri müdafiəni mütəşəkkil şəkidlə davam etdirir və Rusiya ciddi itki verir”, - məlumatda bildirilib.

Dünyada koronavirusdan sağalanların sayı 500 milyonu ötüb

Dünyada koronavirusdan sağalanların sayı 500 milyonu ötüb

Dünyada COVID-19-dan sağalanların sayı 500 milyon nəfəri ötüb.

Bu barədə “YAZTV” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, dünyada 500 489 349 nəfər COVID-19-dan sağalıb. Həmçinin koronavirusa yoluxanların sayı 529 999 154 nəfərə çatıb.

Pandemiyanın başlandığı 2019-cu ildən bu günə kimi dünyada 6 307 037 insan koronavirusun qurbanı olub.

ABŞ əvvəlki kimi koronavirusa yoluxma və ölüm hallarının ümumi sayına görə siyahıda birincidir. Pandemiya ərzində Birləşmiş Ştatlarda 85 477 277 nəfər koronavirusa yoluxub, 1 030 507 nəfər vəfat edib. Son gün ərzində daha 92 nəfər COVID-19-un qurbanı olub.

Hindistan dünyada koronavirusa yoluxma hallarının sayına görə ikincidir. Cənubi Asiya ölkəsində 43 144 820 nəfərdə koronavirus aşkarlanıb, virusa yoluxmuş 524 525 insan ölüb.

Braziliyada 30 846 602 insanın COVID-19 diaqnozu müsbət çıxıb, xəstəlik diaqnozu qoyulmuş 666 112 nəfər dünyasını dəyişib.

Fransa pandemiyadan ən çox əziyyət çəkən ölkələr siyahısında 4-cüdür. Qərbi Avropa ölkəsində ümumilikdə 29 434 605 insana COVID-19 diaqnozu qoyulub, virusa yoluxduğu məlum olan 148 084 xəstə ölüb. Almaniya (26 239 348 ümumi yoluxma, 139 112 ölüm), Böyük Britaniya (22 276 975 yoluxma, 178 313 ölüm), Rusiya (18 310 673, 378 700 ölüm), Cənubi Koreya (18 036 720 yoluxma, 24 063 ölüm) pandemiyadan ən çox zərər çəkən ölkələrdəndir.

Hazırda Tayvan dünyada koronavirusdan günbdəlik ölüm sayına görə (son sutkada 104 ölüm) birinci yerdədir.

Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ukraynanı olimpiadalarda təmsil etmiş idmançı Rusiyaya işlədiyi üçün tutulub

Ukraynanı olimpiadalarda təmsil etmiş idmançı Rusiyaya işlədiyi üçün tutulub

Ukrayna ordusunun hərbçiləri ölkəni iki dəfə Yay Olimpiya Oyunlarında təmsil etmiş ağırlıqqaldıran Gennadi Krasilnikovu saxlayıb.

YAZTV "Glavred" nəşrinə istinadən xəbər verir ki, buna 45 yaşlı veteran idmançının Rusiya ordusuna yardım etməsi səbəb olub.

O, qarşı tərəfin atəşini tənzimlədiyi üçün tutulub.

Qeyd edək ki, Gennadi Krasilnikov 2000-ci Avstraliyanın Sidney şəhərindəki olimpiadada 9-cu, 4 il sonra Yunanıstanın paytaxtı Afinadakı Oyunlarda 4-cü yeri tutub.

Tbilisidə atışma olub, xəsarət alanlar var

Tbilisidə atışma olub, xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub.

YAZTV Gücrüstan mətbuatına istinadən xəbər verir ki, hadisə Vake rayonunda, Arakişvili küçəsində baş verib.

Məlumata görə, işıqforda dayanan avtomobildəki şəxslərə təxminən 10 atəş açılıb. Hadisə zamanı 2 nəfər güllə yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı açıqlama yaymayıb.

Rusiya bu kəndi ələ keçirdi

Rusiya bu kəndi ələ keçirdi

Rusiya qoşunları Severodonetsk və bir sıra digər yaşayış məntəqələri istiqamətində irəliləyir, onlar Donetsk vilayətinin Baxmut rayonunun Mednaya Ruda kəndini ələ keçiriblər.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Feysbuk səhifəsində məlumat verilib.

Ukrayna MN: "Kiyevə yeni hücum gözlənilir"

Ukrayna MN: "Kiyevə yeni hücum gözlənilir"

"Kiyevə yeni hücum gözlənilir".

YAZTV UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar keçirdiyi brifinqdə deyib.

“Biz bilməliyik ki, Kiyev üçün hər zaman təhlükə olacaq. Çünki Kiyevi dağıtmaq Ukraynanı fəth etməyin ən sürətli yoludur”, - o söyləyib.

O həmçinin bildirib ki, hazırda Rusiya qoşunlarının bölmələrinin bəzi yerdəyişmələri müşahidə olunur.

Kamerunlu bombardir 32 yaşında vəfat edib

Kamerunlu bombardir 32 yaşında vəfat edib

Kamerunlu futbolçu Rostan Kako Türkiyədə dünyasını dəyişib.

YAZTV "Kick442" saytına istinadən xəbər verir ki, afrikalı hücumçu 32 yaşında xəstəlikdən vəfat edib.

O, ötən il işləmək üçün Türkiyəyə gəlmişdi.

Qeyd edək ki, Rostan Kako 2014-cü ildə "Koton Sport" klubunun heyətində Kamerun çempionatının qalibi və ən sərrast hücumçusu olub.

Si Cinpinin Honkonqa səfəri ləğv edilə bilər

Si Cinpinin Honkonqa səfəri ləğv edilə bilər

Çin Xalq Respublikasının Sədri Si Cinpin Honkonqun Çinlə birləşməsinin 25-ci ildönümünü qeyd etmək üçün iyulun 1-də keçmiş Britaniya anklavına planlaşdırılan səfərini ləğv edə bilər.

YAZTV TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb kimi Honkonqda son günlərdə qeydə alınan koronavirusa yoluxma hallarının artması göstərilib.

Nəşrin yazdığına görə, Pekin həmçinin Si Cinpinin Honkonqa səfərinin müddətini bir günə endirməyi də nəzərdən keçirir və bu müddətdə o, adada yerləşən Xalq Azadlıq Ordusunun qoşunlarını yoxlayacaq və Çinin bu xüsusi inzibati rayonunun yeni hakimiyyətinin inauqurasiyasını keçirəcək. Çin liderinin 2020-ci ilin yanvarından bəri Çinin materik hissəsini tərk etmədiyi də vurğulanıb.

Daha əvvəl Honkonq hökumətinin pandemiyaya baxmayaraq, yaddaqalan tarix şərəfinə şənliklər təşkil etməyi planlaşdırdığı bildirilmişdi. Eyni zamanda, Honkonq administrasiyasının rəhbəri Kerri Lam iyunun 30-da başa çatacaq səlahiyyət müddəti bitmədən meqapolisə daxil olmaq üçün sərt qaydaların yumşaldılması imkanını faktiki olaraq istisna edib. Öz növbəsində, iyulun 1-də vəzifəsinin icrasına başlaması gözlənilən yerli administrasiyanın yeni rəhbəri Con Li Çinin materik hissəsi ilə sərhədin vaxtından əvvəl açılmasının əsas prioritetlərindən biri olduğunu bildirib. Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri karantində qalmayan vətəndaşlar üçün sərhədlər bağlı qalıb.

Türkiyə Suriyada yeni antiterror əməliyyatına başlaya bilər

Türkiyə Suriyada yeni antiterror əməliyyatına başlaya bilər

"Türkiyə Suriyada yeni antiterror əməliyyatına başlaya bilər".

YAZTV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Lazım olanı edəcəyik. Əlimiz-qolumuz bağlı qalmayacağıq. Nə vaxt bizə hücum edəcəklərini gözləməyəcəyik”, - o söyləyib.

XİN başçısı həmçinin bildirib ki, ABŞ-ın xarici siyasəti balanslı deyil və bu məsələdə rəsmi Vaşinqtona xəbərdarlıq edilib.