Sunday, 17 Oktyabr 2021 10:11
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
ABŞ-da atışma zamanı polis əməkdaşı öldürülüb, yaralananlar var

ABŞ-da atışma zamanı polis əməkdaşı öldürülüb, yaralananlar var

ABŞ-ın Texas ştatında atışma olub.

YAZTV xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Hyuston şəhərində baş verib. Atışma zamanı bir polis əməkdaşı öldürülüb, daha iki nəfər yaralanıb.

Şəhərin Polis İdarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları barlardan birinin yaxınlığındakı küçədə soyğunçuluğun qarşısını almağa çalışıblar. "Pusquya düşəndə ​​bir şübhəli şəxsi yaxalamağa və ya həbs etməyə çalışıblar", - deyib.

CNN-in məlumatına görə, başqa bir cinayətkar polisə arxadan yaxınlaşaraq, tüfəngdən bir neçə atəş açıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda cinayətkarların axtarışı aparılır.

İranda daha 181 nəfər koronavirusdan öldü

İranda daha 181 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 181 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 515 nəfər yoluxub.

YAZTV məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 123 876 nəfərə,

yoluxanların sayı isə 5 773 419 nəfərə çatıb. Virus daşıyıcılarından 4 840 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 309 992 nəfər koronavirusdan sağalıb, 33,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 71,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 48 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 23,3 milyon təşkil edir.

Qazaxıstanda xaricdə istehsal olunan peyvəndlər ödənişli olacaq

Qazaxıstanda xaricdə istehsal olunan peyvəndlər ödənişli olacaq

2022-ci ildən etibarən Qazaxıstanda xaricdə istehsal olunan koronavirusa qarşı peyvəndlər pullu olacaq. Qazaxıstanda istehsal olunan “QazVac” və “Sputnik V” peyvəndləri pulsuz olacaq.

YAZTV xəbər verir ki, bu barədə səhiyyə naziri Aleksey Tsoy bildirib.

Səhiyyə naziri deyib ki, Qazaxıstan yerli, koronavirusa qarşı sübut olunmuş klinik effektivliyə malik peyvənd istehsal edə bilir, bu peyvəndi tibbi yardımın pulsuz zəmanətli həcmi çərçivəsində alacağıq.

Noyabr ayında xüsusi kateqoriyalara aid olan hamilə qadınlar və uşaqlar “Pfizer” peyvəndindən istifadə edə biləcəklər.

Qeyd edək ki, hazırda ölkədə istehsal olunan vaksinlər – “QazVac” və “Sputnik V”, ÜST tərəfindən təsdiqlənmiş “Sinopharm”, “CoronaVac”, “Hayat-Vax” peyvəndləri mövcuddur. (AZƏRTAC)

Rusiyada 16 nəfər metanol spirtindən zəhərlənib öldü

Rusiyada 16 nəfər metanol spirtindən zəhərlənib öldü

Rusiyanın Yekaterinburq şəhərində 16 nəfər metanol spirtindən zəhərlənərək ölüb.

YAZTV xəbər verir ki, bunu TASS-a “Vahid Rusiya” Partiyasının Sverdlovsk üzrə layihə koordinatoru Dmitri Çukreyev deyib.

O bildirib ki, hadisə şəhər bazarlarından birində baş verib.(qafqazinfo az)

Ukraynada milli müdafiə planı təsdiqlənib

Ukraynada milli müdafiə planı təsdiqlənib

Ukraynanın Milli Təhlükəsizlik Şurası ölkənin müdafiə planını təsdiq edib.

Bu barədə qurumun katibi Aleksey Danilov məlumat verib.

O bildirib ki, plan üzərində iki il müddətində iş aparılıb.

 

Danilovun sözlərinə görə, milli müdafiə planı bütün müasir çağırışlara cavab verir. Burada fövqəladə vəziyyətlərdə hansı qurumların necə işləməsi öz əksini tapır.

Qeyd edək ki, müstəqil Ukrayna tarixində ilk dəfədir ki, analoji plan qəbul edilir.

Bolqarıstanda leysan yağışları səbəbindən meteoroloji təhlükənin “narıncı” kodu elan edilib

Bolqarıstanda leysan yağışları səbəbindən meteoroloji təhlükənin “narıncı” kodu elan edilib

Bolqarıstanın 16 bölgəsində leysan yağışları səbəbindən meteoroloji təhlükənin “narıncı”, 10-unda isə “sarı” kodu elan edilib.

Bu barədə ölkənin Milli Hidrologiya və Meteorologiya İnstitutu məlumat yayıb.

“Narıncı” kod elan edilən ərazilərdə yağıntının orta miqdarının bu gün 65 millimetrə çatacağı gözlənilir. “Sarı” təhlükə koduna daxil olan bölgələrdə isə orta yağıntının miqdarı 20-35 millimetr olacaq.

Gürcüstanda Saakaşvilinin əleyhdarları mitinq keçirir

Gürcüstanda Saakaşvilinin əleyhdarları mitinq keçirir

Gürcüstanın Rustavi şəhərində keçmiş Prezident Mixeil Saakaşvilinin əleyhinə kütləvi aksiya keçirilir.

YAZTV xəbər verir ki, sabiq dövlət başçısının saxlanıldığı 12 saylı həbsxananın qarşısında yüzlərlə insan toplaşıb.

Mitinq iştirakçıları M.Saakaşvilini hakimiyyəti dövründə repressiyalara yol verməkdə ittiham edirlər.

Aksiyada “Zülmkar!” və “Qatil!” şüarları səsləndirilir.

Qeyd edək ki, qonşu ölkənin eks-prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 16-cı gündür aclıq aksiyası keçirir. Oktyabrın 14-də Tbilisinin Azadlıq meydanında M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası “Mişaya azadlıq!” şüarlı kütləvi mitinq təşkil edib.

Ərdoğanla Merkel arasında görüş keçirilir

Ərdoğanla Merkel arasında görüş keçirilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında görüş başlayıb.

YAZTV “Hürriyet”ə istinadən xəbər verir ki, görüş “Huber” iqamətgahında keçirilir. 

 

Məlumata əsasən, tərəflər Türkiyə və Almaniya əlaqələri ilə yanaşı, bir sıra regional məsələri də müzakirə edəcəklər.

Qeyd edək ki, Angela Merkel bu gün Türkiyəyə rəsmi səfər edib.

İranda son sutkada 197 nəfər koronavirusdan ölüb

İranda son sutkada 197 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 197 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 857 nəfər yoluxub.

YAZTV-nin məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 123 695 nəfərə, yoluxanların sayı isə 5 765 904 nəfərə çatıb. Virus daşıyıcılarından 4 924 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 

İranda indiyədək 5 294 981 nəfər koronavirusdan sağalıb.

İranın Baş qərargah rəisi Moskvaya gedir

İranın Baş qərargah rəisi Moskvaya gedir

İranın Baş qərargah rəisi Məhəmməd Bagiri Rusiyaya səfər edəcək.

YAZTV xəbər verir ki, bunu İranın Rusiyadakı Səfirliyinin hərbi attaşesi Reza Xosravi Mükaddam deyib.

Səfərin Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacağı vurğulanıb.

 

Generalın səfər zamanı Rusiyanın rəsmi şəxsləri ilə hərbi sferada, terrorizmlə mübarizədə əməkdaşlıq məsələlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəyi bildirilib.

Səfər gələn həftəyə planlaşdırılıb. (publika az)

“Taliban” nümayəndələri Özbəkistana yollandı

“Taliban” nümayəndələri Özbəkistana yollandı

“Taliban” hərəkatının nümayəndə heyəti Özbəkistana səfər edib.

YAZTV “İnterfaks”a istinadən xəbər verir ki, nümayəndə heyətinə hərəkatın Baş nazirinin müavini Abdul Salam Hanafi başçılıq edir. 

Nümayəndə heyətinə daxil olanlar biri İnamulla Samanqaninin sözlərinə görə, səfər çərçivəsində iki tərəf arasında iqtisadi-ticarət əlaqələri, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.  

O bildirib ki, görüş Özbəkistanın Termez şəhərində baş tutacaq. Nümayəndə heyəti Özbəkistanın Baş nazirinin müavini Sardar Umurzakovun başçılıq etdiyi yüksək səviyyəli heyət ilə görüşlər keçirəcək. (qafqazinfo az)

Polşa Türkiyədən yeni silahlar alacaq

Polşa Türkiyədən yeni silahlar alacaq

Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün polşalı Mariuş Blazçak ilə görüşüb.

YAZTV xəbər verir ki, Polşanın paytaxtı Varşavada keçirilən ikitərəfli görüşlərdən sonra mətbuat konfransı keçirilib.

Polşanın müdafiə naziri ölkəsinin Türkiyədən yeni silahlar alacağını və bununla əlaqədar Türkiyəyə heyət göndəriləcəyini bildirib.

“Biz silah texnologiyalarının birgə inkişafı və hərbi texnika sahəsində təcrübə mübadiləsində maraqlıyıq”, - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, hərbi əməkdaşlıq təkcə hərbi texnika deyil, həm də Polşa və Türkiyə əsgərlərinin birgə təlimləri və birgə missiyalarımı əhatə edir.

Xatırladaq ki, bu il Polşa Türkiyədən 24 ədəd “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları alıb.