Friday, 07 May 2021 23:45
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
17.78°C

Bakı

Rütubətlilik: 68%
Külək: S8.08 KM/S
Tuba Büyüküstün yeni serialda

Tuba Büyüküstün yeni serialda

Türkiyəli aktrisa Tuba Büyüküstünün yeni layihəsi bəlli olub.

YAZTV xəbər verir ki, aktrisa "Netflix"də yayımlanması planlaşdırılan 3 qadının hekayəsindən bəhs edən serialda rol alacaq.

 Ekran işinin rejissoru "Atiye" serialını çəkən Burcu Alptekin olacaq.

Qeyd edək ki, T.Büyüküstün hazırda "Sefirin kızı" serialında rol alır. (axşam az)

32 yaşlı aktyor xərçəngdən əziyyət çəkir

32 yaşlı aktyor xərçəngdən əziyyət çəkir

"Arka sokaklar" serialında rol alan aktyor Boğaç Aksoy xərçəng olduğunu açıqlayıb.

YAZTV xəbər verir ki, 32 yaşlı sənətçi uzun müddətdir müalicə aldığını bildirib:

"Sevimli dostlarım, uzun müddətdir sizinlə deyiləm. Üzülərək deyirəm ki, linfa xərçənginə tutulmuşam. uzun müddət də ekranlarda olmayacam. Ən yaxın zamanda ayağa qalxmaq üçün əlimdən gələni edəcəm. Dualarını əskik etməyin". (axşam az)

"Anam boğulur, ağırdır" - Mətanət İsgəndərlinin oğlu

"Anam boğulur, ağırdır" - Mətanət İsgəndərlinin oğlu

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli koronovirus infeksiyasına yoluxub.

YAZTV xəbər verir ki, sənətçinin oğlu Kərim və özü xəstəxanaya yerləşdirilib. Kərim Baku.TV-yə açıqlamasında bildirib ki, öz səhhəti yaxşılaşıb:

"Anam ağırdır. Onu görmürəm, həkimlər yanına qoymurlar. Anam boğulurdu, onun bronxlarında problem var. Beş gün müalicə götürdü, evdə qaldıq. Amma düzəlmədi, ağırlaşdığı üçün xəstəxanaya gətirildi".

Qeyd edək ki, M.İsgəndərli apardığı toy məclislərindən birində Covid-19-a yoluxub. (axşam az)

"Bədənimi tərk etdim və ölülərlə ünsiyyət qurdum"

"Bədənimi tərk etdim və ölülərlə ünsiyyət qurdum"

Dünyaca məşhur ulduz Şeron Stoun insult keçirməsindən bəhs edərək, dəhşətli xatirələrindən danışıb.

 YAZTV xəbər verir ki,  63 yaşlı aktrisa 20 il əvvəl yaşadığı ağır günlərini belə xatırlayıb. O bildirib ki, kliniki ölüm keçirib:

“Ölümə yaxın bir təcrübə yaşadım. İnsanlar bu vəziyyəti müxtəlif yollarla təsvir edirlər. Kimisi elmi, kimisi mənəvi baxımdan düşünür. Bu versiyaların hər ikisini nəzərə alıram. Bu mənim başıma gələndə insanların danışdıqları bütün halları və vücudumdan ayrıldığımı hiss etdim. Sanki bədənimi tərk etdim və ölən insanlarla ünsiyyət qurdum. Bu, əslində bir növ müvəqqəti hiss idi. Onlarla dialoqumuz olmadı, amma ünsiyyət qurduğumuz başqa bir anlayış var idi.

Böyük bir ağrı hiss etdikdən sonra sanki kimsə sinəmə toxundu və bundan sonra ruhum bədənimə qayıtdı. Palataya qayıtmağa və bu səyahətə daha davam etməməyə qərar verdiyim aydın idi. Düşünürəm ki, bu təcrübə haqqında danışa biləcəyim hər şey budur”.

Xatırladaq ki, Şeron Stoun 2001-ci ildə beyin qanaması keçirmişdi. O, şiddətli baş ağrılarından bir neçə gün sonra həkimlərə müraciət edib. Bu səbəbdən aktrisa ağır vəziyyətdə xəstəxanada yatıb və həkimlərin onun sağ qalma, ya normal həyata qayıtma ehtimalını sadəcə 1 faiz hesab edirdilər. (axşam az)

Pəhriz Məleykə Əsədovanın səhhətində problem yaratdı

Pəhriz Məleykə Əsədovanın səhhətində problem yaratdı

Pəhriz saxlamaq Xalq artisti Məleykə Əsədovanın səhhətində problem yaradıb.

YAZTV xəbər verir ki, aktrisa bu haqda "ATV maqazin onlarla" proqramında deyib. O bildirib ki, kökəlməmək üçün yeməkdən imtina edibmiş:

 "Özümü çox pis hiss etdim. Ürəyimin də təzyiqi aşağı düşmüşdü, 50 idi. Həkimlər müalicələr etdi. Yemək az yeyirdim, kökəlmək istəmirdim. Pəhrizə, idmana meyilliyəm. Çox arıqlamışdım, ayaq üstə dura bilmirdim. Sistemlər, ürəyimə güc verən dərmanlar, iştah artıran vitaminlər içdim. İndi üç-dörd kiloqram kökəlmişəm". (axşam az)
Tuba Büyüküstün "Sefirin kızı" serialından ayrılacaq

Tuba Büyüküstün "Sefirin kızı" serialından ayrılacaq

Türkiyənin reytinqli seriallarından  olan "Sefirin kızı"  finala hazırlaşır.

YAZTV  xəbər verir ki, Engin Akyürek ilə Tuba Büyüküstünün baş rolda çəkildiyi ekran işi 52-ci bölümlə tamaşaçılarla vidalaşacaq.

Serialın son iki bölümündə isə Tuba yer almayacaq. Onun şirkətlə müqaviləsinin vaxtı bitib. Çəkiliş məkanı Bodrumda qurulan "Sefirin kızı" mayın 11-də final bölümünü yayımlayacaq. (unikal org)

Madonna özündən 35 yaş kiçik sevgilisi ilə - Fotolar

Madonna özündən 35 yaş kiçik sevgilisi ilə - Fotolar

Dünyaca məşhur müğənni Madonna özündən 35 yaş kiçik sevgilisi Ahlamalik Uilyam ilə gəzinti zamanı paparazilərin obyektivinə tuş gəlib.

  xarici mətbuata istinadən xəbər verir ki, 62 yaşlı müğənninin 27 yaşlı rəqqas sevgilisi ilə görüntülənməsi birmənalı qarşılanmayıb. 

Cütlüyün sözügedən fotolarını təqdim edirik:

Samirənin "Eurovision" geyimini məşhur modelyer hazırlayacaq

Samirənin "Eurovision" geyimini məşhur modelyer hazırlayacaq

"Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Samirə əfəndinin səhnə geyimi hazırlanır.

YAZTV  xəbər verir ki, ifaçının çıxış üçün nəzərdə tutulan paltarının dizaynı modelyer Rüfət İsmayıla həvalə edilib. Samirə üçün hazırlayacağı paltardan danışan Rüfət bildirib ki, libasda milli ornamentlər yer alacaq:

"Əfəndi üçün geyim hazırlayarkən əsas məqsədimiz güclü, özünə inamlı qadının ruhunu çatdırmaq idi. Başqa vacib məqam isə milli elementlərin mövcudluğu idi. Bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Əfəndinin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır".

Müğənninin paltarı qiymətli və yarı-qiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq.

Qeyd edək ki, "Eurovision 2021" mayın 18-i və 20-də, final mərhələsi isə 22-də Rotterdamda keçiriləcək.

Cennifer Lopes ayrıldığı nişanlısı ilə yenidən birlikdə

Cennifer Lopes ayrıldığı nişanlısı ilə yenidən birlikdə

Cennifer Lopeslə keçmiş nişanlısı Ben Aflekin yenidən görüşməyə başladığı iddia olunur.

YAZTV xarici mətbuata istinadən xəbər verir ki, ulduzun bir neçə dəfə məşhur aktyorla görüntüləndiyi deyilir.

Paparassilər aktyoru dünən Lopesin ağ rəngli "Escalade" avtomobilindən ayrılarkən lentə alıb. Mənbələrin sözlərinə görə, Aflek bir həftə ərzində Cenniferlə 3 dəfə görüşüb.

Xatırladaq ki, Cennifer Lopes və Ben Aflek 2002-2004-cü illərdə sevgili olub. Cütlük hətta evlənməyə hazırlaşırdı, amma ulduzlar təyin olunmuş tarixdən bir neçə gün əvvəl toyu ləğv etmişdi. (publika az)

"Teatr sənəti məhv olacaq" - Sənubər İsgəndərli TƏBİB-ə səsləndi

"Teatr sənəti məhv olacaq" - Sənubər İsgəndərli TƏBİB-ə səsləndi

"Deyilənə görə, brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb maraqlanmadığını, sevib sevmədiyini bilmirəm. Soruşsan, deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə çoxunun vaxtı, marağı yoxdur".

YAZTV xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkə hesabında yazıb. Aktrisa TƏBİB-ə səslənərək, teatrların açılmasını istəyib:

 "Bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm, teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz bu mümkün deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm TƏBİB bunları nəzərə alacaq". (axşam az)
Daha bir serial final edir

Daha bir serial final edir

İki mövsümdür yayımlanan "Kuzey yıldızı ilk aşk" serialının final tarixini açıqlanıb.

YAZTV xəbər verir ki, baş rollarını İsmayıl Dəmirci ilə Aslışah Günerin paylaşdığı ekran işi mayın 15-də izləyicilərinə vida edəcək.

Qeyd edək ki, serial "Show" telekanalında yayımlanır. (axşam az)
Britni Spirs onları məhkəməyə verəcək

Britni Spirs onları məhkəməyə verəcək

Bu il 39 yaşlı Britni Spirslə bağlı bir neçə sənədli film lentə alınıb.

YAZTV xəbər verir ki, hər bir ekran işində sənətçinin psixoloji problemləri olması ilə bağlı iddiaları rəd edib. O bildirib ki, bununla bağlı məhkəməyə müraciət edəcək. İfaçı eyni zamanda atasının qəyyumluğundan xilas olmaq istəyir.

"Bu il mənimlə bağlı o qədər sənədli film təqdim edildi ki... Yad insanlar həyatıma baxışlarını bölüşürlər. Nə deyə bilərəm, çox məyus olmuşam. Bu sənədli filmlər o qədər saxtadır ki... Onlar mediada müzakirə edilir, məni təhqir etdirir, amma özləri eyni həyatı yaşayırlar" deyə, Spirs bildirib.

Britni deyib ki, həyatında bir çox çətin günlər yaşayıb:

"Amma niyə ancaq neqativləri və travma aldığım anları göstərirlər".

Spirslə bağlı ilk sənədli film martın əvvəlində nümayiş olunub. Müğənni ondan sonra iki həftə ağladığını deyib. "Framing Britney Spears" adlı ekran işinə isə sənətçi baxmayıb. (axşam az)