Monday, 23 Noyabr 2020 23:25
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
8.33°C

Bakı

Rütubətlilik: 78%
Külək: NNW26.72 KM/S
Ordumuz Ağdama daxil olub - RƏSMİ

Ordumuz Ağdama daxil olub - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

Düşmənin bir gündə darmadağın edilən texnikaları - SİYAHI

Düşmənin bir gündə darmadağın edilən texnikaları - SİYAHI

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.

Bu barədə YAZTV-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Ağdərə istiqamətində düşmənin şəxsi heyəti məhv edilib

Ağdərə istiqamətində düşmənin şəxsi heyəti məhv edilib

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var.

YAZTV bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

Orduda kütləvi yoluxma qeydə alınmayıb

Orduda kütləvi yoluxma qeydə alınmayıb

“Biz tibb personalının yaralı əsgərlərin müalicəsinə cəlb olunduğunu nəzərə alaraq Vətən Müharibəsinə öz töhfəmizi vermək üçün karantin qaydalarına əməl etməliyik”.

YAZTV-nin verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Silahlı Qüvvələrin üzvləri arasında tək-tək yoluxmaları nəzərə almasaq, kütləvi yoluxma qeydə alınmayıb:

“Çağırışçıların hər biri testdən keçirilir ki, koronavirus ordu sıralarına daşınmasın. Yaralı əsgərlərin koronavirusa yoluxmaması üçün bütün lazımi tədbirlər görülür. Biz Vətən Müharibəsində qalib gəldik, koronavirusa da qalib gəlməliyik.

Bəzi insanlar ev şəraitində özünü müalicə etməyə cəhd etməsi tibb personalına əlavə gərginlik yaradır. Bu kimi hallara da yol verməməyimiz çox vacibdir”.

Cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub - MN

Cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub - MN

Noyabrın 8-si gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

MN-dən YAZTV-ə verilən məlumata görə, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.

Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmən Tərtər və Ağcabədinin kəndlərini atəşə tutub

Düşmən Tərtər və Ağcabədinin kəndlərini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

Həlak olan bir neçə hərbi qulluqçunun meyitinin mübadiləsi həyata keçirilib

Həlak olan bir neçə hərbi qulluqçunun meyitinin mübadiləsi həyata keçirilib

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun meyitinin mübadiləsi həyata keçirilib
Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib.

Bu barədə YAZTV-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun 6 hərbi qulluqçusunun meyiti təhvil alınıb.

Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının 8-ci bəndinə uyğun olaraq həyata keçirilib.

Bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən Müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığımızı bildiririk", nazirlikdən bildirilib.

Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir - MN

Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir - MN

Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.

Bu barədə YAZTV-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir".

Xocalı qatili Seyran Ohanyan ağır yaralandı

Xocalı qatili Seyran Ohanyan ağır yaralandı

Məlum olub ki, Şuşa uğrunda şiddətli döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri general-polkovnik Seyran Ohanyan ağır yaralanıb. Bundan əvvəl isə Ohanyanın Şuşanın hərbi komendantı “təyin edilməsi” məlum olub.

YAZTV xəbər verir ki, Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması barədə məlumatı təsdiqləyiblər.

Zakir Həsənovdan qələbə açıqlaması

Zakir Həsənovdan qələbə açıqlaması

“Azərbaycan xalqı 30 ildir işğal altındakı torpaqlarını xilas etmək arzusunda idi”.

YAZTV bildirir ki, bu barədə Azərbaycan müdafiə naziri Zakir Həsənov Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində türkiyəli həmkarı Hulis akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüzlə görüşündə çıxışı zamanı bildirib.

Nazir bu hərəkat ilə Azərbaycan Ordusunun öz vətəni üçün gözünü qırpmadan canını fəda edə biləcəyini bir daha göstərdiyini qeyd edib. Daha sonra Türkiyəyə məhdudiyyətsiz dəstəyinə görə təşəkkür edib.

Düşmən cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib

Düşmən cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YAZTV-ə bildirilib ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.

Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub

Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub

Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YAZTV-ə bildirilib ki, döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıblar.

Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.