Wednesday, 27 Yanvar 2021 13:37
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
3.33°C

Bakı

Rütubətlilik: 82%
Külək: NW3.73 KM/S
Xırdalanda evdə partlayış olub

Xırdalanda evdə partlayış olub

Abşeron rayonu, Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsi, 27-ci məhəllədə yaşayış evində partlayış baş verib.

YAZTV xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Keçən il Qəbələdə 134 hektar yeni meyvə bağları salınıb

Keçən il Qəbələdə 134 hektar yeni meyvə bağları salınıb

Ötən il Qəbələ rayonunda 134 hektarda yeni meyvə bağları salınaraq, mövcud bağların ümumi sahəsi 8 min 870,9 hektara çatdırılıb. Bu bağların 8 min 12,7 hektarı barverən yaşdadır. Ötən il rayonun meyvə bağlarından 13 min 921,6 ton məhsul toplanıb.

YAZTV xəbər verir ki, Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, mövcud meyvə bağlarının 7 min 164,3 hektarını və ya 80,7 faizini fındıq bağları təşkil edir. Ötən il rayonun fındıq bağlarından 5 min 926 ton məhsul tədarük olunub. Rayonda üzümçülüyün inkişafına da maraq artıb. Hazırda rayonda 421 hektar üzüm bağı var. Ötən il üzüm bağlarından talvar üzümü də daxil olmaqla, 2737,2 ton məhsul yığılıb. (AZƏRTAC)

Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq

Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri həyata keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

YAZTV xəbər verir ki, bir neçə gündür Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərə başlanılıb. İşçi qrupunun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri də Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib ki, artıq dörd gündür mütəxəssislərdən ibarət qrup Şuşa şəhərindədir. İlk növbədə Şuşa şəhərində infrastrukturun, tikililərin mövcud vəziyyəti - mənzil fondu, binaların dayanıqlığı araşdırılır. Həmçinin şəhərdə olan tarix və mədəniyyət abidələrinin öyrənilməsi, onların durumunun təyin edilməsi istiqamətində araşdırmalar aparılır. Araşdırmalar nəticəsində şəhərdə 186 tarix və mədəniyyət abidəsinin yerləri təsbit olunub.

“Çox təəssüf hissi qeyd edim ki, abidələrin bir hissəsi erməni vandalları tərəfindən dağıdılıb. Abidələrin böyük bir hissəsi istər daxili quruluşu, istərsə də xarici görünüşü dəyişdirilib. Ancaq topladığımız məlumatlar və cəlb olunmuş peşəkar mütəxəssislərin fəaliyyəti nəticəsində istədiyimiz nəticələri əldə edəcək, abidələri əvvəlki vəziyyətinə qaytara biləcəyik”, - deyə İ.İsbatov bildirib.

İlqar İsbatov qeyd edib ki, əldə edilən bütün məlumatlar vahid informasiya bazasında toplanır. Bu da mütəxəssislərə həmin məlumat bazasından istifadə edərək öz işlərini hər bir sahə üzrə davam etdirmək imkanı qazandırır.

Qiymətləndirmə və inventarlaşdırma işləri başa çatdıqdan sonra qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.

İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir

İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir

Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları bu dəfə Kürdmaşı, Qubaxəlilli və Xəlilli kəndlərində yaşayan qazilərimizi evlərində ziyarət ediblər.
Pandemiya qaydalarına uyğun baş tutan ziyarətdən məmnun qalan qazilərimiz və ailə üzvləri ilə söhbət edilib. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qələbə qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışaraq öz təsüratlarını bölüşüblər. Ailə üzvləri onlarla qürur duyduqlarını qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkürlərini bildiriblər.
 
YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
 
Qeyd edək ki hər üç kənddə yaşayan 6 hərbi qulluqçumuz Vətən Müharibəsi döyüşlərində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. RİH başçısı 44 günlük müharibədə İsmayıllıların qəhrəmanlıqlarından qürur duyduqlarını, bu qüruru yaşatdıqları üçün rayon ictimaiyyəti və öz adından onlara minnətdar olduqlarını bildirib və şəhidlərimizə allahdan rəhmət diləyib. Qeyd edib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır və bu cür görüşlərin davamlı olması nəzərdə tutulur.
Ekoloji-hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Ekoloji-hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Muxtar respublikanın Culfa rayonunun Ərəfsə kəndində rayon icra hakimiyyətinin və bələdiyyələrin, kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ekoloji-hüquqi maarifləndirmə tədbiri təşkil edilib.

YAZTV xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehdi Paşayev çıxış edərək ekoloji tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov “Ətraf mühitin qorunması istiqamətində ictimaiyyətin maarifləndirilməsinin məqsədi və əhəmiyyəti” mövzusunda çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd əhalinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, onların ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarətdir.

Çıxışlarda tədbir iştirakçılarına təbii resursların bərpası və istifadəsi sahəsində su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunması barədə məlumatlar verilib.

Sonda suallar cavablandırılıb.(AZƏRTAC)

Neftçalada yollar əsaslı təmir olunur

Neftçalada yollar əsaslı təmir olunur

Neftçalada şəhərdaxili və qəsəbələrdə yolların əsaslı təmiri sürətlə davam etdirilir.

Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri çərçivəsində yol infrastrukturunun inkişaf etdirilməsi əsas istiqamət təşkil edir. Hazırda şəhərdaxili və qəsəbələrdə yolların əsaslı şəkildə təmir olunmasına start verilib. Şəhərin S. Bayramov, İ. Əbilov, Pambıqçı, C. Abdullayev, Həsənəbad qəsəbəsində H.Z. Tağıyev, M.Ə.Sabir, digər küçələrində əsaslı təmir işləri görülüb və davam etdirilir.

Sakinlərin rahatlığı üçün plan üzrə bütün yollarda təmir bərpa işlərinin həyata keçiriləcəyi nəzərdə tutulub.

İsmayıllıda KİV əməkdaşları təltif olunub

İsmayıllıda KİV əməkdaşları təltif olunub

İsmayıllıda KİV əməkdaşları ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı iştirak edib. Rayon rəhbəri İsmayıllı rayonu ilə bağlı məlumatların hazırlanıb ictimaiyyətə çatdırılmasına görə media mənsublarına təşəkkürünü bildirib.


Rayon İcra Hakimiyyətindən YAZTV verilən məlumata görə Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışan RİH başçısı söz və mətbuat azadlığının, demokratik mühitin bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verilir.


Media işçiləri milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayonun rəhbərinə minnətdarlıqlarını bildiriblər.
2020-ci il ərzində İsmayıllı rayonunun iqtisadi, sosial, humanitar və mədəni həyatındakı yeniliklərinin ictimaiyyətə çatdırılmasında səmərəli fəaliyyətlərinə görə bir qrup televiziya, qəzet və xəbər agentlikləri təşəkkürnamələrlə təltif olunub.
Xatırladaq ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir

Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir

Yevlax şəhərində quruculuq və abadlıq işləri davam etdirilir.

YAZTV-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərindəki Dədə Qorqud parkında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb. Parkda sakinlərin istirahəti üçün bütün şərait yaradılıb, yeni yaşıllıqlar salınıb.

Parkın hər iki tərəfində 2 kilometr uzunluğunda yeni avtomobil yolu çəkilib, velopark salınıb. Ərazidə istirahətə gələnlərin tələbatı nəzərə alınaraq yaxınlıqdakı 15-dən çox ictimai-iaşə və xidmət obyektinin fasadları və qarşısı müasir dizaynla yenidən qurulub. Parkın yeni salınan hissəsində və Çənlibel adlandırılan ərazidə bataqlıq sahələri qurudulub.

Rayonun Qaraoğlan və Quşçu kəndlərində yollara asfalt döşənir. Heydər Əliyev və Nizami prospektlərində, Ceyhun Mustafayev, Qanboy Quliyev, Həsən bəy Zərdabi, Yeni Yevlax, Pişəvəri və Səməd Vurğun, Füzuli küçələrinin, dəmir yolu və Səmədabad kənd Bayraq meydanlarının, Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil yolunun işıqlandırılması işləri aparılıb, yeni transformator məntəqəsi quraşdırılıb.

Hazırda Yevlax şəhərində üç uşaq bağçasında əsaslı təmir işləri aparılır.

Vətən  müharibəsi qazilərinin ailələri ilə görüşlər davam edir

Vətən müharibəsi qazilərinin ailələri ilə görüşlər davam edir

İsmayıllıda torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan vətən övladları daim diqqətdə saxlanılır. Rayon rəhbərliyi onlarla mütamadi görüşür, onların qayğıları ilə maraqlanır. RİH başçısı Vətən müharibəsinin qazilərini növbəti dəfə evlərində ziyarət edib.

YAZTV Xəbər verir ki,Pandemiya qaydalarına uyğun keçirilən görüşlərdə səmimi söhbət edən qazilərimiz Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təsüratlarını bölüşüb, xatirələrini danışıblar. Qeyd olunub ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Bu şanlı qələbəmiz dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Amma biz bunu Vətən Müharibəsi kimi tariximizə qızıl hərflərlə yazdıq. RİH başçısı da onları ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə təbrik edib, göstərdikləri qəhrəmanlığa görə təşəkkürünü bildirib. O, bildirib ki, hər bir şəhid ailəsi, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.

Qazilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

İsmayıllı rayon rəhbərliyi Vətən Müharibəsinin qəhrəmanları ilə növbəti dəfə görüşüb

İsmayıllı rayon rəhbərliyi Vətən Müharibəsinin qəhrəmanları ilə növbəti dəfə görüşüb

İsmayıllıda rayon rəhbərliyi Vətən Müharibəsinin qəhrəmanları ilə növbəti dəfə görüşüb. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı və icra hakimiyyətinin əməkdaşları iştirak edib. Əvvəlcə Hacıhətəmli kəndində Türk Şəhidliyi ziyarət olunub, gül çələngi qoyulub və dualar oxunub. Sonra Hacıhətəmli, Qalagah, İvanovka kəndlərində və İsmayıllı şəhərində qazilər evlərində ziyarət edilib.

İsmayıllı rayon İcra hakimiyyətindən YAZTV-ə verilən məlumata görə Səmimi söhbətlərlə baş tutan görüşlərdə qazilər şanlı qələbəyə aparan zəfər yolunda yaranan xoş xatirələrindən danışıblar. Qeyd ediblər ki, müharibə vaxtı Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli iradəsi, xalqımızın orduya verdiyi dəstək onları qələbəyə doğru daha da ruhlandırıb. Xüsusilə İsmayıllıdan gələn yardım karvanları çox qürurverici olub.

Rayon İcra hakimiyyətinin başçısı müharibə dövründə cəbhədə ifa etdiyi İsmayıllı mahnısı ilə ismayıllıların qəlbini fəth edən Qalagah kənd sakini, döyüşçü Nurlan Həsənlini də evində ziyarət edib.

Rayon İcra hakimiyyətinin başçısı görüşlərdə bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT Fondu) onların gələcəyinin təminatıdır. Amma hazırda qazilərimizin hansısa problemi, hansısa ehtiyacları varsa təmin etməyə hazırıq. Onlarsa öz növbələrində heç nəyə ehtiyaclarının olmadığını, dövlət tərəfindən lazım olan hər şeylə təmin olunduqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayonun rəhbərliyinə və ictimaiyyətinə təşəkkür ediblər.

Lənkəranda toy məclisi təşkil etmək istəyənlər cəzalandırılıblar

Lənkəranda toy məclisi təşkil etmək istəyənlər cəzalandırılıblar

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

YAZTV xəbər verir ki, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıblar.

Toy məclisinin təşkilatçısı M.Əmirov və daha 2 nəfər barəsində sərtləşdirilmiş karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər. (AZƏRTAC)

Polis Ağdamda xidməti fəaliyyətini bərpa etdi

Polis Ağdamda xidməti fəaliyyətini bərpa etdi

Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan YAZTV-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilən Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib.

Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir