Saturday, 28 May 2022 11:09
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu gün 29 dərəcə isti olacaq

Bu gün 29 dərəcə isti olacaq

Mayın 28-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 2 747 nəfər vaksinasiya olunub.

Bu barədə YAZTV-yə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 279, ikinci doza vaksinlərin sayı 206 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 026-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 236 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 718 660, birinci doza peyvəndlərin ümumi sayı 5 347 151, ikinci doza vaksinlərin sayı 4 848 462 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 277 606, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 245 441 olub.

Bu günün hava proqnozu AÇIQLANDI

Bu günün hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-24° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Mehriban Əliyeva Zəngilanın Ağalı kəndindəki çörək sexindən paylaşım edib

Mehriban Əliyeva Zəngilanın Ağalı kəndindəki çörək sexindən paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan rayonunun Ağalı kəndindən foto paylaşıb.

YAZTV paylaşımı təqdim edir: “Ağalı kənd sakinləri üçün isti təndir çörəyi. Allah hər evə, hər ocağa bol ruzi-bərəkət nəsib etsin!"

https://www.instagram.com/p/CeELBlTKQmq/

 

Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 987 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 163, bu günə qədər isə ümumilikdə 6 885 286 test icra olunub.

Həmid Nəsirov Avropa Şurasının Gənclər Mərkəzində rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında təqdimatla çıxış edib

Həmid Nəsirov Avropa Şurasının Gənclər Mərkəzində rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında təqdimatla çıxış edib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Avropa Şurasının Gənclər Mərkəzində rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında təqdimatla çıxış edib
Mayın 25-də Fransanın Strasburq şəhərində “Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində keçirilən “50/50” təliminin üçüncü günündə Avropa Şurası Gənclər Departamentinin rəhbəri Antye Rotemund Azərbaycandan olan milli, regional və yerli səviyyədə gənclərlə işləyən dövlət təşkilatlarının mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.
 
A.Rotemund çıxışı zamanı Avropa Şurasının gənclər siyasətinin fəaliyyət istiqamətləri, inkişaf meyllərini müəyyənləşdirən tədqiqatlardan, o cümlədən tətbiq edilən dəstək layihələrindən danışıb. Gənclərlə işin spesifik məqamlarına toxunan məruzəçi “gənclər işçisi”, “gənclər lideri”, könüllülük və əməkdaşlıq prinsipləri kimi məqamlara dair praktiki nüansları açıqlayıb. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi rəisi Həmid Nəsirov panel müzakirələrdə gənclər işi sahəsində region təcrübəsindən danışmış və müsbət təcrübənin tətbiqi barədə öz fikirlərini bildirmişdir. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, seminar Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının Gənclər Departamenti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur.
 
TƏBİB-in şöbə müdiri: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil"

TƏBİB-in şöbə müdiri: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil"

"Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil".

YAZTV xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, virusun yoluxdurucu olması üçün şərtlər var: “Səpgilərlə yanaşı, limfa düyünlərinin şişməsi baş verir. Bu da meymunçiçəyi üçün xarakterikdir. Çünki insanlar yoluxduqda özlərini izolyasiya etməyə çalışırlar. Bu da prosesin pandemiyaya çevirilməsinin qarşısını alır. Meymunçiçəyi virusuna yoluxma üçün sıx və çox yaxın, yəni ən azından dəri səthində olan yaralarla təmas olmalıdır”.

Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək

Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək

Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.

YAZTV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 162-1.2 maddədə əksini tapıb. Belə ki, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcək.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Qubada torpaq sürüşməsi olub

Qubada torpaq sürüşməsi olub

Qubada torpaq sürüşməsi olub.

YAZTV-nin məlumatına görə, hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.

Torpaq və qaya parçalarının sürüşməsi nəticəsində əsas qaz xətti, rabitə və elektrik kabellərinə zərər dəyib.

Hadisənin fəsadları aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır.

TƏBİB: “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”

TƏBİB: “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”

“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”.

YAZTV” xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, bu, daha çox dəri səthindəki səpgilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər: “Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.

Şöbə müdiri bildirib ki, bu virusun yayılmış iki alt tipi var: "Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda digərində 6-11 faiz təşkil edir".

Azərbaycanda yeni medal təsis olunur

Azərbaycanda yeni medal təsis olunur

Azərbaycanda yeni medal təsis olunur.

YAZTV” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliklə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis edilib.

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 792 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 978 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib. 45 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 692, bu günə qədər isə ümumilikdə 6 883 123 test icra olunub.