Monday, 11 Dekabr 2023 06:16
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ötən il Qarabağ iqtisadi rayonuna 7 min 851 vətəndaş səfər edib.

Ötən il Qarabağ iqtisadi rayonuna 7 min 851 vətəndaş səfər edib.

Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7 min 851 vətəndaşın səfəri təşkil olunub.

YAZTV xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında bildirib.

Qeyd edilib ki, Xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlərin sayı 3 min 751 nəfərdir. Onlardan 3 min 54 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.

XİN: Mina qurbanlarının sayı 262 nəfərə çatıb

“2020-ci ildə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 262 nəfərə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında paylaşım edib.

“Ermənistan minasının daha bir qurbanı, Tərtər rayonunda minanın partlaması nəticəsində 26 yaşlı mülki şəxs yaralanıb. Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub”, - XİN-in paylaşımında vurğulanıb.

Gəncədə “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir keçirilib.

Gəncədə “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir keçirilib.

Gəncə şəhərində, 12-13 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra edilən  “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İdarə heyətinin sədri Mehman Xəlilov layihənin məqsəd və vəzifələri, həyata keçiriləcək fəaliyyətlər və gözlənilən nəticələr barəsində tədbir iştirakçılarını məlumatlandırıb. 

İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə,  kitabxana istifadəçilərinin elektron informasiya və bilik resursları ilə  təmin edilməsi üçün kitabxana fondlarının rəqəmsallaşdırılmasının və region kitabxanalarının əməkdaşlarının elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi sahəsində bilik və bacarıqlarının artırılmasınin vacibliyi barəsində çıxış edən Mehman Xəlilov   tədbir iştirakçılarına uğurlar arzulayıb. 

Gəncə şəhərinin Mərkəzi kitabxanasında təşkil edilən təlimin məruzəçi eksperti, Azərbaycan Milli Kitabxanasının Elektron kitabxananın inkişafı şöbəsinin müdiri Lalə Ağayevanın aparıcılığı ilə Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının 18 nəfər kitabxana əməkdaşlarına layihə çərçivəsində “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda təlim keçirilib.

Sonda iştirakçılar tərəfindən təlimin ümumi qiymətləndirilməsi, həmçinin elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki,  məqsəd kitabxanaların əməkdaşlarının  elektron kitabxana resurslarının yaradılması və  idarə edilməsi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarət olub.

 

 

Göygöl rayonunda iki subartezian quyusu bərpa olunaraq sakinlərin istifadəsinə verilib

Göygöl rayonunda iki subartezian quyusu bərpa olunaraq sakinlərin istifadəsinə verilib

Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun Xaqani və Quşqara kəndlərində yerləşən, məhsuldarlığını tam itirmiş iki ədəd subartezian quyusu yenidən qazılaraq bərpa olunaraq və sakinlərin istifadəsinə verilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Xan arxı” kanalı lil və tullantılardan təmizlənib, su itkisinin qarşısının alınması məqsədi ilə 2 km hissəsi beton üzlüyə alınıb.

Bu istiqamətdə işlər davam etdirilir.

ANAMA vətəndaşlara xəbərdarlıq etdi

ANAMA vətəndaşlara xəbərdarlıq etdi

Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsindən sonra bir daha vətəndaşlara xəbərdarlıq edib.

YAZTV xəbər verir ki, ANAMA vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, bu gün Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə partlayış baş verib.

Məlumata əsasən, mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir xəstəxanaya ye

Gələn ayın qeyri-iş günləri - AÇIQLANDI

Gələn ayın qeyri-iş günləri - AÇIQLANDI

Bu ilin noyabr ayı üçün bayramlarla əlaqəli qeyri-iş günləri məlum olub.

YAZTV xəbər verir ki, noyabrın 8-də ölkədə Azərbaycan Respublikasının Zəfər günü, noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür.

Qeyd edək ki, noyabrın 8-si və 9-u bayram qeyd olunacaq. Beləliklə, 8, 9 noyabr – ardıcıl qeyri-iş günü olacaq.

Şuşanın azad olunduğu gündür

Şuşanın azad olunduğu gündür

Şuşa şəhərinin işğaldan azad edilməsinin 2 ili tamam olur.

YAZTV” xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.

Dövlət başçısı müraciətində bildirib:“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib: “Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.

Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib:

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyev 2020-ci il oktyabrın 16-da - Vətən müharibəsinin gedişində Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Şuşanın işğaldan azad edilməsinin qarşıya hədəf kimi qoyulduğunu açıqlamışdı. Dövlət başçısı “Mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur”, - deyə bildirmişdi.

Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək, 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi, müharibədə tarixi zəfərə imza atdı.

Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu, heç bir müqavimət gücü qalmadı.

Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir.

Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Şuşanın azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natəvanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə-neçə mədəni-tarixi bina yerlə yeksan edilib.

İşğalçılar Şuşanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, nadir ağac və bitki növləri qırılıb, yandırılıb.

Hazırda Şuşa şəhərində genişmiqyaslı bərpa, quruculuq işləri aparılır.

Zəngilanın işğaldan azad edilməsindən 2 il ötür

Zəngilanın işğaldan azad edilməsindən 2 il ötür

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.

YAZTV xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib.

Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib.

Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.

Dövlət başçısı daha sonra Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.

Qeyd edək ki, Azərbaycanda “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub.

"Uğurun təməli" adlı yeni layihəyə start verilib

"Uğurun təməli" adlı yeni layihəyə start verilib

Gəncədə "Uğurun təməli" adlı yeni layihəyə start verilib. Bu barədə 101.az-a layihənin rəhbəri Ləman Həsənova məlumat verib. O bildirib ki, 3 ay müddətində davam edən layihənin məqsədi şagirdlərdə tənqidi məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirməkdir.

"Əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncə şəhər 2,8,16,22,23 və 38 nömrəli məktəbin şagirdlərinin iştirakı nəzərdə tutulub. Şagirdlər Mindstorms Ev3 legoları ilə robotdüzəltmə öyrənəcək, təxəyyüllərindəki ideyaları reallaşdırıb mikrobit vasitəsi ilə proqramlaşdıracaq, proqram təminatı vasitəsi ilə öz ideyalarını 3D printerdə yaradacaqlar"-deyə Ləman Həsənova əlavə edib.

Qeyd edək ki, layihənin təqdimatı 29.09.2022-ci il tarixdə Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbdə keçirildi. Təqdimatda Gəncə-Daşkəsən Regional Təhsil İdararəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etdilər. Oktyabr ayından təlimlər başlayır.

Qubadlının işğaldan azad olunmasından iki il ötür

Qubadlının işğaldan azad olunmasından iki il ötür

Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

YAZTV xatırladır ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.

Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı infrastrukturun bərpası işləri də davam etdirilir.

Ötən müddət ərzində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.

Bununla yanaşı, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilir.

Ötən ilin bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Həmçinin dövlət başçısı və birinci xanım bu ilin oktyabrın 19-da da Qubadlı rayonunda səfər ediblər. Belə ki, Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Ən çox talana, dağıntıya məruz qalan Füzuli yenidən qurulur

Ən çox talana, dağıntıya məruz qalan Füzuli yenidən qurulur

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

“Zəfər salnaməsi” kimi tariximizə qızıl həriflərlə yazılan 44 günlük Vətən müharibəsinin başa çatmasından iki il ötür.

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başlandı. Vətən uğrunda ölüm-dirim savaşına qalxan Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitləri bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçən, birbaşa mülki əhalini hədəfə alan işğalçı Ermənistanın bütün məkirli planlarını alt-üst etdi. “Dəmir yumruğ”un zərbəsi ilə düşmən layiqli cəzasını aldı.

 

Elə ilk gündən qələbəyə doğru inamla irəliləyən cəsur əsgərlərimiz düşmənin istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Rəşadətli ordumuz torpaqlarımızı düşmən tapdağından azad edir, hər gün irəliləyərək düşmənin hərbi mövqelərini darmadağın edirdi. Qorxuya düşən erməni vandalları mövqelərini, silah-sursatını qoyaraq qaçırdı.

 

Azərbaycanın illərlə düşmən tapdağı altında qalan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Haqq savaşının 21-ci günü - 2020-ci oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Həmin gün Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdən növbəti müjdəli xəbəri aldıq: "Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri".

Vətən müharibəsi başa çatdıqdan, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk səfəri Füzuliyə, ilk şəhid verdiyimiz bu torpaqlara oldu. Füzuli şəhərində Azərbaycan bayrağını qaldıran dövlət başçısı, Ali Baş Komandan elə həmin gün Zəfər yolu adlandırdığı Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. İlk sərnişini, dar gündə də, xoş gündə də yanımızda olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olan Qarabağın hava qapısı adlandırılan, ən müasir səviyyədə inşa olunan Füzuli Beynəlxalq Hava Limanının açılışı işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Bir sözlə, Füzulidə yeni yaşayış binalarının, məktəblərin, səhiyyə müəssisələrinin tikinti-bərpa işlərini saymaqla qurtaran deyil.

Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatı, ordumuzun gücü, əsgərlərimizin rəşadəti, Vətən sevgisi, xalqımızın birliyi parlaq qələbəmizi təmin etdi. Artıq işğaldan azad edilmiş ərazilər kimi, Ermənistanın işğalı nəticəsində ən çox virana, talana və dağıntıya məruz qalan Füzuli də bərpa edilir. Bərpa, yenidənqurma işlərinin sürətli gedişi ata-baba yurdundan didərgin düşmüş füzulililərin qısa zamanda doğma torpaqlarına qayıdacağından xəbər verir.

Prezident Əflətun Amaşovla bağlı sərəncam imzaladı

Prezident Əflətun Amaşovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Əflatun Amaşovla bağlı sərəncam imzalayıb.

"YAZTV" xəbər verir ki, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə Əflatun Əhməd oğlu Amaşov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.