Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisinin dindirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir-AÇIQLAMA

Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisinin dindirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir-AÇIQLAMA

Bu gün mətbuatda Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirovun Baş Prokurorluqda dindirilməsi ilə bağlı məlumatlar yayılıb.

YAZTV mövzunu araşdırmaq üçün idarə ilə əlaqə saxlayıb. Bildirilib ki , hazırda idarənin rəisi Həmid Nəsirov işinin başındadır və fəaliyyətini davam etdirir. Qeyd olunub ki, onun hüquq-mühafizə orqanlarında dindirilməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir.