Tikintiyə başlayan şəxslərin nəzərinə

Tikintiyə başlayan şəxslərin nəzərinə

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə rüsumların artırılması təklif edilir.

YAZTV xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda bildirilir. Belə ki, tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsinə görə 60 manatdan 90 manata qaldırılır. 

Eyni zamanda, qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizasına görə rüsum 30 manatdan 45 manata qaldırılır. 

 

Yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsinə görə 50 manatdan 75 manata qaldırılır.

Eyni zamanda, inşaat pasportunun verilməsinə görə rüsum 50 manatdan 75 manata qaldırılır. 

İnşaat pasportunun dublikatının verilməsinə görə 10 manatdan 15 manata qaldırılır. 

Tikinti obyektinin istismarına icazənin verilməsinə görə 60 manat rüsum olacaq.