Monday, 17 Yanvar 2022 04:40
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
BNA: Ekspress xətlərin fəaliyyəti bərpa olunur

BNA: Ekspress xətlərin fəaliyyəti bərpa olunur

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından 06.07.2020-ci il tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur.

Bakı Nəqliyyat Agentliyindən YAZTV-ə verilən məlumata görə, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır: 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) çalışan vətəndaşların daşınmasını təmin etməkdir. Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edilib:

"Bildiririk ki, dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində və avtobuslarda səyahət edən zaman tibbi maskadan istifadə mütləqdir. Özünüzün və başqalarının sağlamlığının qorunması üçün qoyulan qaydalara əməl etmənizi, sosial məsuliyyət göstərmənizi xahiş edirik".

“COVİD-19” pandemiyası dövründə elektron imzaya maraq artıb

“COVİD-19” pandemiyası dövründə elektron imzaya maraq artıb

“COVİD-19” pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Mərkəzi tərəfindən təqdim edilən elektron imzaya tələbat artıb.

Nazirlikdən YAZTV-ə verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 e-imza sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb.

Elektron imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına isə 3375 e-imza sertifikatı verilib.

Ümumilikdə cari ilin ilk yarımilliyində 8429 sertifikat təqdim edilib. Bu müddət ərzində elektron imza ilə aparılan əməliyyatların sayı isə 6 milyondan (6.102.250) çox olub.

Qeyd edək ki, e-imzanı əldə etmək istəyən dövlət qurumları, sahibkarlar, hüquqi və fiziki şəxslər “e-imza.az” saytına daxil olmaqla onlayn sifariş verə bilirlər.

Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır və onun dəyişdirilməsi mümkünsüzdür. Elektron imza ilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən faydalanmaq olur.

Elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər e-imza vasitəsilə icra edilir. Bir sözlə, e-imza sertifikatı ilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə etmək mümkündür. Dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq biri-birilərinə imzalanan sənədləri göndərə bilirlər.

SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi – Novxanı yolu istiqamətində "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

YAZTV xəbər verir ki, bu barədə “SOCAR Petroleum”un mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, bununla da ümumilikdə respublikada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatdırılıb.

“Binəqədi yolu vasitəsilə Novxanı, Saray və digər yaxın ətraf qəsəbələrdə hərəkət edən avtonəqliyyat vasitələrinin sahibləri üçün bu YDM daha əlverişlidir. Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaq paylayıcı kalonka quraşdırılıb ki, onlardan ikisi sıxılmış təbii qaz (STQ) satışını həyata keçirəcək. YDM-də STQ ilə yanaşı, “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”, - o qeyd edib.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 34 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

IRENA Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

IRENA Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera ilə Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov arasında videokonfrans keçirilib.

Bu barədə YAZTV-ə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Zaur Məmmədov Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişaf perspektivləri, bu sahədə görülən işlər və həyata keçirilən cari layihələr barədə danışıb.

Bildirib ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq, müvafiq

qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub. Z.Məmmədov Azərbaycanda bərpa olunan enerji layihələri üzrə hərracların keçirilməsinə hazırlıq işlərinin aparıldığını da qeyd edib.

İRENA-nın baş direktoru Francesco La Camera təmsil etdiyi beynəlxalq qurumla Azərbaycan arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edərək, az karbonlu enerji keçidini sürətləndirmək və davamlı inkişafa nail olmaq üçün IRENA-nın Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə tərəfdaşlıq etdiyi haqqında məlumat verib və bu əməkdaşlıq çərçivəsində Azərbaycanla əlaqələrin genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb.

Videokonfrans zamanı Azərbaycanda bioenerji xəritəsinin hazırlanması, hərraclar üçün külək enerjisi üzrə ölçü müşahidə işlərinin aparılması və külək göstəricilərinə dair dünyada qəbul olunmuş standartlara uyğun məlumatların toplanması istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə edilib. Birgə layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparan və qarşıda duran məsələləri müzakirə edən tərəflər iki qurum arasında əməkdaşlıq əlaqələrinin yüksək qiymətləndirildiyini və əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inandıqlarını ifadə ediblər.

İstanbul-Bakı aviareysinə kimlərin buraxılacağı müəyyənləşdi

İstanbul-Bakı aviareysinə kimlərin buraxılacağı müəyyənləşdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə buraxıldığı şəxslər barədə məlumat yayıb.

AZAL-dan YAZTV-ə verilən məlumata görə, belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə aşağıdakı şəxslər də buraxılır:

- Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər;

- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Xatırladaq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

SOCAR-ın ölkələr üzrə gəlirləri - SİYAHI

SOCAR-ın ölkələr üzrə gəlirləri - SİYAHI

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu ildə İsveçrədəki aktivindən gəlirləri 63,735 mlrd manat təşkil edib.

YAZTV xəbər verir ki, bu barədə SOCAR-ın “Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunmuş 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd olunub.

Şirkətin ötən il İsveçrədən gəliri ümumi gəlirlərin 76%-ni təşkil edib.

SOCAR-ın Azərbaycandakı gəlirləri 6,145 mlrd manat, Türkiyədəki 9,377 mlrd manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 1,722 mlrd manat, Gürcüstanda 1,172 mlrd manat, digər ölkələrdəki gəlirləri isə 1,601 mlrd manat təşkil edib.

Şirkətin İsveçrədəki gəlirləri 2018-ci ildən 30%, Azərbaycandakı gəlirləri 7%, BƏƏ-dəki gəlirləri 26,8%, digər ölkələrdəki gəlirləri 1,2% azalıb, Türkiyədəki gəlirləri 88,6%, Gürcüstandakı gəlirləri 4,3% artıb.

Azərbaycan Rusiyadan 1,4 mln ton taxıl idxal edib

Azərbaycan Rusiyadan 1,4 mln ton taxıl idxal edib

2019/2020-ci mövsüm ilində Azərbaycan Rusiyadan 1,4 milyon ton taxıl idxal edib.

Bu, isə Rusiyanın ümumi taxıl ixracının 4 faizini təşkil edib.

2019/2020-ci mövsüm ilində Rusiya Türkiyəyə ümumilikdə 9 milyon ton taxıl ixrac edib ki, bu da bu ölkənin ümumi ixracının 22 faizini təşkil edir.

Belə ki, cari mövsümdə Rusiya Misirə 6 milyon ton və ümumi taxıl ixracının 15 faiz həcmində taxıl ixrac edib. Bu müddətdə Banqladeşə 2,1 milyon ton (5%), Səudiyyə Ərəbistanına 1,5 milyon ton (4%) taxıl ixrac edilib.

Mövsümün əvvəlindən Rusiya ümumilikdə 40,2 milyon ton taxıl ixrac edib. Bura həmçinin 32,2 milyon ton buğda daxildir ki, bu da ötən mövsümün analoji dövrü ilə müqayisədə 7,6 faiz azdır. Həmçinin, bu mövsüm ərzində 3,9 milyon ton arpa ixrac edilib ki, bu da ötən mövsümün analoji dövrü ilə müqayisədə 14,9 faiz azdır.

Bundan başqa, bu mövsüm ilində Rusiyadan dünyaya 3,8 milyon ton qarğıdalı ixrac edilib ki, bu da analoji dövrlə müqayisədə 45,9 faiz çoxdur. Bu dövr ərzində 0,3 milyon ton digər dənli bitkilər ixrac edilib ki, bu da ötən mövsümün analoji dövrü ilə müqayisədə 54,9 faiz azdır.

Qeyd edəki, 2019/2020-ci mövsümündə Rusiyanın ioxrac etdiyi dənli bitkilərin həcmi 45mln ton təşkil edib. (Report)

"Azərişıq" abonentlərinə ŞAD XƏBƏR

"Azərişıq" abonentlərinə ŞAD XƏBƏR

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin smart kart sayğacı olan abunəçiləri evdən çıxmadan kart balansını artıra biləcək.

Qurumdan YAZTV-ə verilən məlumata görə, bu istiqamətdə işlər yekunlaşıb, bütün texniki məslələr həll edilib. Qeyd olunub ki, ölkənin kommunal sektorunda ilk dəfə “Azərişıq” belə bir innovativ və günün tələblərinə uyğun yeniliyə imza atıb.

"Azərişıq" mobil əlavəsi istifadəçiləri smart kart balanslarını evdən çıxmadan smartfonları vasitəsiylə artıra biləcəklər. Mobil uyğulamanı Play marketlərdən rahatlıqla əldə etmək olar.
Vurğulanıb ki, COVİD-19 virusunun yayılmasının qarşısının alınması tədbirləri həyata keçirildiyi bir dövrdə abonentlərin evdən çıxmadan bir sıra əməliyyatları “Azərişıq”ın rəsmi saytı və ya xüsusi mobil əlavələr vasitəsilə həyata keçirməsi təmin edilib.

Bu tipli layihələr texnoloji imkanlardan daha çox sosial xarakter daşıdığından hazırki karantin dövründə əhalinin ümumi təyinatlı terminallar, nağd ödəniş vasitələri və s. daha az təmasda olması vacib şərtlərdəndir.

Layihənin prioritet şərtlərindən biri də cihazın və mobil tətbiqin abonentlər tərəfindən istifadə sadəliyi və asanlığı idi ki, buna da nail olunub.

İlkin mərhələdə istifadəçi smartfona qoşulan kart oxuyucunu əldə etməlidir ki, smart kartının balansını evdən çıxmadan artıra bilsin. İstifadəsi cox rahat olmaqla yanaşı, heç bir əlavə proqram açmadan kart oxuyucu smartfona qoşulur, Azərişıq mobil tətbiqi açılır və smart kart oxuyucuya daxil edilərək menyudaki “OXU” düyməsi sıxılaraq kart məlumatları oxunur daha sonra altdakı səkmədən məbləğ daxil edilir və “ÖDƏ” düyməsi sıxılır açılan pəncərədə ödəniş kartı məlumatları daxil edilir və “OK” düyməsi sıxılır.

Bir neçə saniyə ərzində ödənilən məbləğ smart karta yazılır. Smart kartı sayğaça daxil edilməklə balans artırılır.

Mayda əcnəbilərin Azərbaycandakı kart əməliyyatları 76% azalıb

Mayda əcnəbilərin Azərbaycandakı kart əməliyyatları 76% azalıb

Koronavirus pandemiyasının (COVID-19) yayılması ilə əlaqədar bu ilin mart ayından etibarən ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub. Bunun üçün də bu ilin may ayında xarici vətəndaşların ölkəmizdə bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 24,3 milyon ABŞ dolları təşkil edib.

YAZTV  bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,6 mln ABŞ dolları yaxud 75,92% azdır.

Ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları ərzində əcnəbilərin Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 219,7 mln ABŞ dolları yaxud 46,19% azalaraq 256 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanda iyunda dövlət xətti ilə 242 ipoteka krediti verilib

Azərbaycanda iyunda dövlət xətti ilə 242 ipoteka krediti verilib

Bu il iyulun 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 484 486 min manat təşkil edib.

YAZTV  İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 17 918 min manat, yaxud 1,2% çoxdur.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 242 vahid artaraq 28 961-dən 29 203-ə çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ mayda 4 950 min manat və yaxud 5,7% artaraq 91 341 min manata çatıb.

Ötən ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 20 832 min manat və yaxud 3,2% artaraq 775 644 min manatdan 800 644 min manata çatıb.

THY İstanbul-Bakı-İstanbul reysinə əlavə bilet satışa çıxardı

THY İstanbul-Bakı-İstanbul reysinə əlavə bilet satışa çıxardı

Türk Hava Yolları (THY) iyulun 3-də həyata keçiriləcək İstanbul-Bakı-İstanbul reysinə əlavə biletləri satışa çıxarıb.

Bunu THY Bakı ofisinin rəhbəri Seyfullah İlyas deyib.

S.İlyasın sözlərinə görə, TK4932/4933 reysləri ilə həyata keçiriləcək uçuşlara əlavə biletlərin satışı yaxın bir neçə saatda başlayacaq:

"İyulun 3-də baş tutacaq TK4932/4933 uçuşumuz üçün təyyarənin daha böyüyü ilə əvəzlənəcək".

Bilet almaq istəyən şəxslərdən aviaşirkətin saytını izləməsi tövsiyə olunur.

Xatırladaq ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. (Report)

Sumqayıt Kimya Sənaye Parkında yeni layihələrin icrasına başlanılacaq

Sumqayıt Kimya Sənaye Parkında yeni layihələrin icrasına başlanılacaq

Yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında özəl sektor tərəfindən maliyyələşən bir neçə layihənin icrasına başlanılacaq.

YAZTV xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 30-da keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, ölkəmizdə pandemiya səbəbindən bir sıra layihələr təxirə salınmışdı.