Saturday, 04 Dekabr 2021 17:27
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
SOCAR neft ve qaz hasilatını artırıb

SOCAR neft ve qaz hasilatını artırıb

Şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılmış və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10%, qaz hasilatını isə 9% artırmışdır.

YAZTV SOCAR-a istinadən xəbər verir ki, şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunmuşdur.

2021-ci ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın4 neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6%, qaz hasilatında isə 38.6% artımın qeydə alınması deməkdir. Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.

 

Şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% çoxdur.

Oktyabrın 14-nə USD/AZN rəsmi məzənnəsi

Oktyabrın 14-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 14-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən  bildirilib ki, bankın oktyabrın 14-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Bitkoinin qiyməti 57 min dolları ötüb

Bitkoinin qiyməti 57 min dolları ötüb

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 57 min dolları ötüb.

YAZTV bu barədə "Coinmarketcap" portalına istinadən məlumat verir.

Son saatlarda kriptovalyuta 57 207 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb.

Bu göstərici bitkoinin bu ilin mayından etibarən qeydə alınan ən yüksək göstərici olub.

Dolların məzənnəsi sabit qaldı

Dolların məzənnəsi sabit qaldı

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 15-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən bildirilib ki, bankın oktyabrın 15-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 35 min 849 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 35 min 849 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən YAZTV-yə bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 35 min 849 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 929 milyon 746 min 753 manatdır. (AZƏRTAC)

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 11 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9672 manat təşkil edir. 1 türk lirəsi 0.1897 manat, 1 rus rublu 0.0237, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5440 manatdır.

Azərbaycanda banklar dollar qəbulunu dayandırdı - SƏBƏB

Azərbaycanda banklar dollar qəbulunu dayandırdı - SƏBƏB

Hazırda ölkədə bir sıra banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb.

YAZTV “oxu.az”a istinadən xəbər verir ki, buna səbəb dövriyyədə müəyyən miqdarda saxta 100 dollar əsginasların olmasıdır.

Saxta əsginasların təhlükəsizlik elementləri həqiqi valyuta vahidinə dəqiq olaraq bənzədilə bildiyindən bankomatlar tərəfindən saxta pullar müəyyən edə bilməyib.

Bu səbəbdən banklar saxta dollar əsginasların dövriyyəsinin qarşısını almaq üçün bankomatlar vasitəsilə onların qəbulunu dayandırıb. Prosesin iki həftə müddətinə dayandırıldığı məlumat verilib.

Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankından bildirilib ki, müvafiq hüquq-mühafizə orqanlarından banka həqiqətən belə bir siqnalın daxil olduğu və müştərilərin maraqlarının qorunması üçün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib.

“Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə hazırda Bankın bankomatlarında vendor tərəfindən proqram təminatının yenilənmələri həyata keçirilir. Onlar bu səbəbdən dolayı hazırda müvəqqəti olaraq dollar qəbulu dayandırdıqlarını təsdiqləyiblər:

“Qeyd edim ki, bu kimi yenilənmələr mütəmadi olaraq tətbiq olunur. Yaxın günlərdə dollar qəbulu yenidən aktiv olacaq”.

Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, hazırda milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində davamlı tədbirlər həyata keçirir və bu tədbirlər barədə mütəmadi olaraq kommersiya bankları, hüquq mühafizə orqanları və eləcə də ölkə ictimaiyyəti məlumatlandırılır:

“Hazırda dünyada sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadəsi onların saxtalaşdırılması meyillərinin daha yüksək olmasını şərtləndirir və saxtakarlar üçün cəlbediciliyini artırır.

Müasir dövrdə rəqəmsal sistemlərin və yüksək texnologiyaların sürətli inkişafı isə pul nişanlarının saxtalaşdırılması imkanlarını, o cümlədən əhali üçün nəzərdə tutulmuş mühafizə elementlərinin, eləcə də nağd pul avadanlıqları, o cümlədən bankomatlar və terminallar tərəfindən müəyyən edilə bilən təhlükəsizlik sistemlərinin imitasiya imkanlarını genişləndirir.

Belə risklərdən sığortalanmaq üçün Mərkəzi Bank tərəfindən nağd pul avadanlıqlarının, emal sistemlərinin, nağd pul qəbul edən bankomat və terminalların xarici valyutada pul nişanlarının, o cümlədən ABŞ dollarının mühafizə elementlərinə uyğunlaşdırılmasının davamlı qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi ilə bağlı kommersiya banklarına müvafiq tapşırıqlar verilir. (oxu az)

Eyni zamanda, Mərkəzi Bankda ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri müəyyən edilmiş ABŞ dollarları və onların ekspertiza rəyləri müvafiq istintaq tədbirlərinin aparılması, o cümlədən saxta pulların ölkəyə daxil olma mənbəyinin araşdırılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir”.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən ilin doqquz ayı ərzində 271 ədəd milli və 125 ədəd xarici valyutada saxta pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. Bununla əlaqədar olaraq, saxtalaşdırılmış pul nişanları müvafiq istintaq işlərinin aparılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir və araşdırmalar yekunlaşdıqdan sonra qaytarılaraq Mərkəzi Bankda saxlanılır.

Hazırda bankomatlar vasitəsilə dollar qəbulunun dayandırılması saxta dollar əsginasların dövriyyəsinin artmasının qarşısını almağa yönəlib. Banklar tərəfindən bununla əlaqədar sistemdə yeniləmələr edilir.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 12 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9649 manat təşkil edir. 1 türk lirəsi 0.1889 manat, 1 rus rublu 0.0237, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5452 manatdır.

Azərbaycan neftinin qiyməti 85 dollara çatır

Azərbaycan neftinin qiyməti 85 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,2% artaraq 84,78 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Pərviz Şahbazov: “Azərbaycan Türkiyə və Avropaya qaz tədarükünü artırmağı planlaşdırır”

Pərviz Şahbazov: “Azərbaycan Türkiyə və Avropaya qaz tədarükünü artırmağı planlaşdırır”

2022-ci ildə Azərbaycan Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır.

YAZTV xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Biz Türkiyəyə Avropa istiqamətində qaz tədarük edirik. Cənub Qaz Dəhlizi ilə 16 milyard kubmetr qaz tədarük etməyi planlaşdırılıb. Son nəticədə illik tədarükü 16 milyard kubmetr həcminə çatdıracağıq. Gələn il Türkiyə və Avropaya qaz ixracı tam həcmdə olacaq. Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz göndəriləcək”, - o bildirib.

Energetika naziri deyib ki, Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə razılığa gəlib.

2021-ci ilin aprelində başa çatmış müqaviləyə əsasən, Türkiyə hər il Bakı-Tbilisi-Ərzurum boru xətti ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından 6,6 milyard kubmetr qaz tədarük edirdi.

Azərbaycan qazı Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə nəql edilir.

Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb

Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb

2021-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə Azərbaycan dövlət büdcəsinə daxilolmalar 3,193 milyard manata bərabər olub və ötən ilin eyni dövrü ilə müqayisədə 7,45 faiz artıb.

YAZTV bu barədə DGK-nin hesabatına istinadən məlumat verir.

Eyni zamanda, hesabat dövründə gömrük rüsumlarından daxilolmalar 870,111 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,42 faiz çoxdur.

Hesabata əsasən, dövlət büdcəsinə əlavə dəyər vergisindən daxilolmalar 4,22 faiz artaraq 2,171 milyard manat təşkil edib.

 

Aksizlər üzrə daxilolmalar 16,6 faiz artaraq 120,543 milyon manat, yol vergisi daxilolmaları 15,3 faiz artaraq 31,703 milyon manat təşkil edib. (trend az)

Neftin qiyməti son yeddi ilin rekorduna yüksəldi

Neftin qiyməti son yeddi ilin rekorduna yüksəldi

WTI neftinin bir barelinin qiyməti beynəlxalq bazarlarda 80 dolları ötərək, son yeddi ilin ən yüksək səviyyəsinə çatıb.

YAZTV xəbər verir ki, dünən günü 78,30 dollarla bağlayan WTI neftinin qiyməti bu gün 2,31 faiz artımla 80,11 dollara yüksəlib.

Bu növ neftin qiyməti sonuncu dəfə 2014-cü ilin noyabrında 80,98 dollar olmuşdu.

Bundan başqa, “Brent”№ markalı xam neftin bareli 83,03 dollardan alıcı tapıb.